Azərbaycan neftinin qiyməti 70 dolları keçdi

Azərbaycan neftinin qiyməti yenidən 70 dolları ötüb. “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,58 dollar və ya 0,83% artaraq 70,44 dollar təşkil edib.

Dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar və ya 0,83% artaraq 63,48 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,36 dollar və ya 0,52% artaraq 69,18 dollar olub.

“APA-Economics”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button