Rubrikalar: MƏTBUAT XuralTAC

AzTV-də növbəti kadr təyinatları olub-SİYAHI

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti kadr islahatları olub.

“Report”un əldə etdiyi məlumata görə, televizyanın İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Sərvər Bayramov tutduğu vəzifədən azad edilib.

Ona televiziyanın İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru vəzifəsinin icrası tapşırılıb.

Uzun illərdir İctimai-siyasi proqramlar redaksiyasında çalışan Səxaddin Hüseynov isə adı çəkilən redaksiyanın baş redaktoru təyin olunub.

Bundan başqa, QSC sədrinin köməkçisi Elşən Həsənov müqavilə müddəti başa çatdığı üçün öz istəyi ilə işdən ayrılıb.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı “Report”a təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub. Qurumun sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında yeniliklər edilib, yeni studiayalar istifadəyə verilib, yaradıcı şəxslər işə cəlb olunub, canlı verilişlərin, tok-şouların sayı artırılıb. Bundan başqa, televiziya filmləri və tamaşalarının çəkilişinə başlanılıb.

Paylaş:

Share

Son Əlavələr

  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Ramiz Mehdiyev AMEA-da – idarə və şöbələr ləğv olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq AMEA-dan bildirilib. AMEA prezidenti, akademik Ramiz Mehdiyevin…

13 Noyabr 2019 2:21 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı: “Bu tip qadağalar ölkənin imicini yerlə bir edir”-VİDEO

Əvəz Zeynallı Vergilər Nazirliyi tərəfindən çıxışına qoyulan qadağa ilə bağlı Kanal13-ə müsahibə verib. Xural.com müsahibəni təqdim edir:     …

13 Noyabr 2019 2:16 səhər
  • GÜNDƏM
  • XuralTAC

Yasamalın yeni icra başçısı kimdir-DOSYE

Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilmiş Elşad Həsənov Prezident İlham Əliyev tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Həsənov…

13 Noyabr 2019 2:07 səhər
  • GÜNDƏM
  • XuralTAC

Bəxtiyar Hacıyev: “Paşinyan görüşdən sonra mənə yaxınlaşdı…”

“Baş nazir bildirdi ki, Azərbaycan hakimiyyəti tərəfindən hansısa konstruktiv mesajlar gözləyir” Siyasi fəal Bəxtiyar Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Sülh…

13 Noyabr 2019 2:00 səhər
  • GÜNDƏM
  • XuralTAC

Mehman Hüseynov bələdiyyə seçkilərinə qatılır

Bloger “Seçki tarixində belə maraqlı, kreativ seçki olmayıb” deyir. Tanınmış bloger, “Sancaq Production”un rəhbəri Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak edəcək.…

12 Noyabr 2019 1:59 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu – Səbəb Mikayıl Cabbarovdur

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub. Qadağa Vergilər Nazirliyinin müraciəti əsasında tətbiq edilib. Reyting.az xəbər verir ki,…

11 Noyabr 2019 3:21 səhər
Xural.COM