Rubrikalar: KRİMİNAL

AzTV-nin sabiq sədrinin Ukraynadakı biznes imperiyası – Foto

Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanovun Ukraynada restoran və ticarət obyektlərinin olması barədə xəbərlər əldə etmişik.AzEuroNews.com -a Ukraynadakı özəl mənbələrdən verilən məlumata görə, Ukraynanın Dnepropetrovsk bölgəsində “Bakinskiy Dvorik” adlı restoran və “Şəkər-bura” adlı çay evi fəaliyyət göstərir.

Redaksiyamıza həmin restoranın fotosu da göndərilib. Göndərilən məlumatda qeyd olunur ki, sözügedən restoran və çay evinin əsl sahibi Arif Alışanovdur. Hazırda həmin restoranlara AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə keçmiş müxbiri Möhsün Qədiroğlu nəzarət edir.

“Möhsün Qədiroğlu özü də bizə dəfələrlə deyib ki, bu restoran Arif Alışanova məxsusdur. Restorana daha çox azərbaycanlılar və Azərbaycandan Ukraynaya gedən qonaqlar dəvət olunur”– deyə məlumatı verən mənbə qeyd edib.

Məlumatı verən şəxs deyir ki, keçmiş AzTV sədrinin Ukraynadakı obyekti təkcə bunlar deyil. Onun Kiyev, Xarkov və digər əyalətlərdə də restoranları, ticarət obyektəri var. A.Alışanov həmin obyektlərə də nəzarəti M.Qədiroğluna tapşırıb.

Xatırladaq ki, Arif Alışanov 28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub. Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunub.

Hazırda onun səlahiyyətlərini sədr müavini Rövşən Məmmədov icra edir. R.Məmmədov bu vəzifəni icra edəndən AzTv-də köklü kadr dəyişikliyi edib.

Televiziyanın xaricdəki bir çox bürosunu bağlayıb. Onların arasında Möhsün Qədiroğlunun rəhbərlik etdiyi Ukrayna və Şərqi Avropa bürosu da var.

R.Məmmədovun bu yaxınlarda prezidentin sərəncam ilə AzTV-yə rəhbər gətirilməsi də yayılan xəbərlər arasındadır.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

İlham İsmayıl “Siyasət meydanı”nda: “Milli Məclisə Qarabağdan danışmaq qadağan olundu!”-VİDEO

1 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Pompeonun 89 yaşlı atası zəhərlə öldürülüb?-ABŞ-ÇİN savaşında sui-qəsdlər-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 29 may 2020-ci il   İlk gündən bu yana diqqəti ABŞ-la Çin arasında gedən ticarət savaşına,…

31 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Zakir Həsənovdan düşmənə xəbərdarlıq: “Bu dəfəki tədbirlər …tam fərqli olacaq!”

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən virtualaz.org-a …

30 May 2020
Xural.COM