AzTV sədri ilə tanınmış jurnalist Qulu Məhərrəmlinin qarşıdurması şiddətləndi –

arif-alisanov

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov tanınmış telejurnalist, AzTV-nin “Səhər” proqramının keçmiş rəhbəri Qulu Məhərrəmlini məhkəməyə verib.

A.Alışanov Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında Nəsimi rayon Məhkəməsində iddia irəli sürüb. Buna səbəb Q.Məhərrəmlinin moderator.az və bir neçə başqa media qurumlarında yayılan və AzTV sədrinə qarşı  olan müsahibəsindəki fikirlər olub.

Bu səbəbdən də Arif Alışanov sözügedən saytla da bağlı iddia qaldırıb.

Məsələylə bağlı açıqlama verən AzTV-nin sözçüsü rəhbəri Xatirə Qasım Arif Alışanovun artıq məhkəməyə müraciət etdiyini təsdiqləyib:

“Arif Alışanov 39 ildir ki, bu sahədə çalışır, amma indiyə qədər bu cür məsələlərdə adı hallanmayıb. Heç vaxt məhkəməyə müraciət etməyib. Amma adını jurnalist qoyan Qulu Məhərrəmli həm Arif Alışanovu, həm də yüzlərlə AzTV əməkdaşını təhqir edib. Ona görə də qanun qarşısında cavab verməlidir”. 

Qulu Məhərrəmli Xocalı hadisələrilə bağlı tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdə olduğundan məsələ ilə bağlı mövqeyini dərc edə bilmədik.

Unikal.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button