Azxeber.com-un 6 yaşı tamam olur

azxeber

Bu gün Azxeber.com informasiya portalının 6 yaşı tamam olur.
2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.
Saytın təqdimat mətnində bildirilir ki, Azxeber.com-un xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.
Daima tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış etdiyini qeyd edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Beynəlxalq sayğac sistemi olan “Google Analytics”ə görə portala son 1 ayda 2 milyon ziyarətçi daxil olub.
Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarından olduğunu qeyd edir. Belə ki, portalın rəsmi “facebook” səhifəsini 400 minə yaxın insan bəyənib. Eyni zamanda portalın “Tvitter”, “İnstagram”, “Youtube” və “Myvideo” sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button