Azyaşlını zorlamaqda təqsirləndirilən şəxsə bəraət verildi

qiz

Bakı Apelyasiya Məhkəməsində zorlamada təqsirli bilinən Rəşad Quliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiya Rəşad Quliyevin apelyasiya şikayətini təmin edib. Məhkəmə onun cinayəti tam sübuta yetirmədiyi qənaətinə gələrək, barəsində bəraət hökmü çıxarıb. Rəşad Quliyevin cəzasının ağırlaşdırılması tələbilə Baş Prokurorluğun verdiyi protest isə təmin edilməyib.

Rəşad Quliyev Bakının 20 Yanvar metro stansiyasının yaxınlığında tanış olduğu Samirə (ad şərti verilib) adlı qızla bir müddət telefonla əlaqə saxlayıb. Aralarında  münasibətlər yaranıb. Sonra Samirənin anası qızının Rəşad Quliyev tərəfindən zorlaması barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Rəşad Quliyevin barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsı zorlama) maddəsi ilə cinayət işi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Quliyevin ittiham olunduğu maddə dəyişdirilib. Məhkəmə Rəşad Quliyevin əməlini Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Rəşad Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan Rəşad Quliyev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button