Bəhruz Səmədovun nənəsi: “narkotik istifadəçisi doktoranturada oxuya bilər?”

Yayımlandı: 23 Avqust 2024 12:26

Azərbaycan hakimiyyətinin tənqidçisi olan daha bir gənc politoloq Bəhruz Səmədov saxlanılıb. Nənəsi Zibeydə Osmanova deyir ki, avqustun 21-də saat 16.00-17.00 arası yaşadıqları evə 6-7 nəfər özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər gəliblər.

Deyiblər ki, evdə narkotik üçün axtarış aparmalıdılar. Bəhruz Səmədovun hadisədən təxminən yarım saat əvvəl evdən çıxdığını deyən nənəsi onun axtarışa gətirilmədiyini bildirir. Bəhruz Səmədov Çexiyada Karlov Universitetində doktoranturada oxuyur. O, təxminən bir ay əvvəl tətilə gəlib və bugünlərdə geri qayıtmalı imiş. Gənc tədqiqatçı Azərbaycanda müharibə əleyhinə olan gənc fəallardan biridir. DTX-dan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button