Bərdəni Allahsız və dinsiz “kürd qruplaşması” idarə edir!

“Xural”a yazırlar…

Vidadi İsayevin “sizə qurban olum” sözləri “rədd olun, indi sizi içəri soxduracağam” sözləri ilə əvəzlənməyə başladı…

Salam, hörmətli redaksiya!

Bərdə qədim tarixi şəhərdir. Onun tarixi eramızdan əvvələ gedib çıxır. Bugünkü Bərdə öz ulu nəcabəti ilə yaşayıb nəfəs alır. Bərdə bu gün təkcə öz problemləri ilə yaşamır. Burada minlərlə qaçqın ordusu məskunlaşıb, sabaha öz nicatlarını gözləyirlər. Məhz bu ciddi amilə görə Bərdə bu gün müdrik və uzaqgörən rəhbərlik idarəçiliyi ilə əhatə olunmalıdır. Görəsən, bu, doğrudanmı belədir? Bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə Vidadi İsayev Bərdə rayon icra hakimiyyətinin başçısı təyin olundu. Bu təyinatla əlaqədar rayon əhalisi böyük nikbinliyə qapıldı. Tarix boyu bütün cəmiyyətlər həmişə yenilik həvəsi ilə yaşayırlar. Bərdə cəmiyyəti də demək olar ki, bununla əlaqədar istisnalıq təşkil etmədi. İcra başçısı da Bərdədəki “oborot”u yaxşı görürdü. İlk öncə mədəniyyət evində əhalinin qəbulunu təşkil etməyə başladı. Əhaliyə “sizə qurban olum” deməyə başladı. Bəzi-bəzi insanların problemini həll etdi. Bu xeyirxah iş nə az-nə çox, cəmi-cümlətanı bir ay çəkdi. Sonradan məlum oldu ki, bu icra başçısının şousu imiş. Demək olar ki, bir andaca əhalinin icra başçısı səviyyəsində qəbuluna mollasayağı fatihə verilib yığışdırıldı. Başçının əhaliyə “sizə qurban olum” sözləri “rədd olun, indi sizi içəri soxduracağam” sözləri ilə əvəzlənməyə başladı. İcra başçısı Vidadi İsayevin Bərdədəki idarəçiliyinin ilk mərhələsi kürdpərəstliklə başladı. İcra başçısı rayonda kürd axtarışına başladı. Sanki geoloqların xam yerdə neft axtarması kimi. Əslən kökləri zilançılığa bağlanan Ermənistan əsilli kürdləri öz ətrafına yığdı. İcra başçısının özü də Ermənistan əsilli kürd olduğundan, onun Bərdədəki ilk işi məhz millətçiliyə və kürdçülüyə bağlandı.

Hazırda Bərdəni çox Allahsız və dinsiz bir kürd qruplaşması idarə edir. Bu gün Bərdədə “möhtəşəm” abadlıq işləri gedir. Sual oluna bilər, hansı hesaba? Birbaşa rayon əhalisinin soyulması hesabına. Bu gün Bərdədə bütün idarə-müəssisələrə məcburi haqq qoyulub. İş elə qurulub ki, rayonun bütün quruculuq işlərinə sərf olunan inşaat materialları məcburən icra başçısı Vidadi İsayevin qohum-əqrəbalarına verilir. İcra başçısının milli-mənəvi dəyərlərə olan münasibəti də çox mənfidir. Əvvəlki icra başçılarından fəqli olaraq Vidadi İsayevi bu günə qədər Bərdənin xeyir-şər, ələlxüsus da yas mərasimlərində görən olmayıb. Başçının yanlış siyasəti Bərdənin vəziyyətini ağırlaşdırmaqda davam edir. Dilənçilik tüğyan edir. İcra başçısı demək olar ki, rayonda bir iş yeri belə aça bilməyib. Vidadi İsayevin yeganə bir işi varsa, o da ölkə başçısını aldatmaqdır. Bu gün Bərdə mətbuatsız qalıb. İcra başçısı rayonda mətbuata qarşı müharibə elan edib. Şəhər ərazisində olan bütün mətbuat köşkləri yığışdırılıb. Əhalinin mütaliə hüququ demək olar ki, əlindən alınıb. Deyilənlərə inansaq, icra başçısının elmi dərəcəsi də var. Sual oluna bilər, görəsən elmi dərəcəsi olan bir adam əhalini nəyə görə mətbuatdan məhrum edir? Görünür, icra başçısı mətbuatda onun haqqında gedən obyektiv və haqlı məqalələri həzm edə bilmir. Bu günlərdə rayon sakini, 70 yaşlı, 2-ci qrup əlil Almaz Talıbova icra başçısının kürd əsilli müavini Vidadi İmanquliyevin mənfur əməllərindən bezərək ölüm aclığına başlamaq istəyir. Qəribədir, görəsən, Bərdədə nə qədər insan Vidadi İmanquliyevin əlindən bezib özünü öldürmək istəyir?

19 aprel 2011-ci il tarixi yəqin ki, heç bir bərdəlinin yadından çıxmayacaq. Bərdənin Qasımbəyli kənd sakini Cəmaləddin Paşayev Əmək və Əhalinin Sosial Müdafiə mərkəzində direktor işləyən Vidadi İmanquliyevlə dalaşandan sonra, öz həyətində, körpə uşaqların gözü önündə üstünə benzin tökərək intihar etdi. Vidadi İsayevin güclü təkidi, həmçinin güclü maliyyə mənbəyi intihar etmiş şəxsin valideynlərini susdurdu. Həyasızlıq o dərəcəyə çatdı ki, intihar etmiş şəxsin qırxı çıxmamış, icra başçısı Vidadi İmanquliyevi kürd olduğuna və qohumluq əlaqələrinə görə özünə müavin təyin elədi. Bu haqsızlıq on minlərlə rayon əhalisinin dövlətçiliyə olan inamına ağır zərbə vurdu. Bu gün rayonda aparılan kosmetik soyğunçu abadlıq işləri ilə icra başçısı Vidadi İsayev bütün çirkin işlərini ört-basdır eləməyə çalışır. Həmişə cəmiyyət içində olan bir adam kimi deyə bilərəm ki, rayon əhalisi icra başçısının kürdpərəstlik mövqeyinə çox pis baxır. Ölkə başçısı cənab İlham Əliyev yəqin ki, Vidadi İsayevin bu pis vərdişlərinə diqqət yetirəcək.

Yaxın günlərdə Türkiyənin baş naziri cənab Rəcəb Tayyib Ərdoğan Bakıya rəsmi səfərdə olarkən prezident İlham Əliyev mənfur PKK təşkilatını terrorçu təşkilat kimi tanıdığını bəyan elədi. Bu adi bir məsələ deyil. Mən Bərdədə kiməsə PKK damğası vurmaq fikrində deyiləm. Yalnız dəqiq onu bilirəm ki, PKK-nın ən başlıca meyarı, əsasən kürd millətçiliyindən keçir. Axırda onu qeyd etməyi özümə borc hesab edirəm ki, Bərdənin icra başçısı səviyyəsində aparılan millətçilik, kürdçülük, işsizlik, aclıq və səfalət, qohumbazlıq, yerlipərəstlik, zorakılıq və s. kimi zəhərli əməllərdən əhali cana gəlib.

“Haqq nazilər, üzülməz” deyiblər. Bu haqsızlığın da çox getməyəcəyinə inanır bərdəlilər…

Mikayılov Zahid Piri oğlu

Bərdə şəhər sakini

Redaksiyadan:

Yazıda adı şəkilənlərin də mövqelərini dərc etməyə hazırıq.

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

 

Əlaqəli məqalələr

7 şərh

  1. əvəz bəy, salam. Yazını oxudum və paylaşdım. Məqalədə İcra başçısı Vidadi İsayevin hərəkətləri haqqında yazılıb. Ancaq mən başa düşmədim ki, o Elmar Vəliyevin çumosunun kürdlərlə nə əlaqəsi var. O yevlaxda Arxiv müdiri işləyəndə Yevləx kürdlərini təhqir edən kitabı çıxmışdı. Atam-Vəzir İkram oğlu Amoyev Yevlax Təhsil Şöbəsinin müdir müavini işləyərkən onun dediklərini təkzib edən mətbuatında dərc olundu. Əgər istəsəniz, 070. 625.00.27 nömrəsinə zəng edib soruşa bilərsiniz. Atamın nömrəsidir. Hörmətlə Rövşən Ziya

  2. Salam Əvaz. Bu məqalənin tam dogru yazildigina inanmaliyiq. Bunlar ermənistanli adindan yaralanaraq öz çirkin əməllərini həyata keçirdilər və keçirirlər. Allah bəlalarini versin cəmi qərbi Azərbaycanlilari biabir ediblər. Bunu hər kəs bilir və heçdə səsini çixara bilmir.

  3. Salam.Əvvəla Xural qəzetinin Baş redaktoru və bütün yazarlarinı salamlayram.Oki qaldı Bərdəyə, Bərdə və Bərdəlilər yağşdan cıxdı yağmura düşdü.Ağayevlər hakimiyyətindən sonra Yəzid İbni Mülcəm (Vidadi isayev)başcı təyin olundu.Elə bununlada Bərdəlilərin qara günü başladı.Bir rəhbər ki uşaqları yeməyinə göz dikə bu adam haqda nə danşmaq olar.Uşaq baxcalarının səksən faiz ərzaqını belə kəsən görün böyüklərlə necə davranar.Allah bütün bərdəlilərə kömək olsun.Amin.Hörmətlə Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button