Rubrikalar: GÜNDƏM XuralTAC

Bəxtiyar Hacıyev: “Paşinyan görüşdən sonra mənə yaxınlaşdı…”

“Baş nazir bildirdi ki, Azərbaycan hakimiyyəti tərəfindən hansısa konstruktiv mesajlar gözləyir”

Siyasi fəal Bəxtiyar Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Sülh Forumunda iştirak edib. Bəxtiyar Hacıyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü və ona sualı maraq doğurub. Meydan TV Bəxtiyar Hacıyevlə əlaqə saxlayaraq ona bəzi suallar ünvanlayıb.

Bəxtiyar bəy, qatıldığınız tədbir barədə qısa məlumat verırdiniz. Bu tədbirin ölkələrarası əlaqələr baxımından hansısa təsirləri olurmu?

– Tədbir Fransa prezidenti Emmanuel Macronun təşəbbüsüylə keçirilir. Ötənilki tədbirdə Rusiya prezidenti Vladimir Putin, Kanadanın Baş naziri Castin Trüdo, Almaniyanın kansleri Merkel və başqa ölkələrin başçıları, rəsmiləri iştirak edirdi. O cümlədən, vətəndaş cəmiyyəti, beyin mərkəzləri, jurnalistlər tədbirə qatılmışdılar. Tədbirin əsas məqsədi dünyanın qarşılaşdığı problemləri müzakirə etmək, həll yolları axtarmaqdır. Ötən və bu il keçirilən forumunda Ermənistanın Baş naziri iştirak etmişdi və master klass adlanan kiçik bölmədə çıxış etmişdi. Builki forumda Baş nazirin çıxış edəcəyini öyrənib iştirak etdim. Demək olar ki, iştirakçılar arasında erməni olmayan çox az adam vardı. Daha çox erməni diplomatlar, erməni jurnalistlər Baş naziri müşayiət edirdi. Sual-cavab hissəsində də cəmi 1 sual oldu, onu da mən Baş nazirə ünvanladım.

Sizin Ermənistan Baş naziri N.Paşinyanla görüşünüz və ona sualınız maraq doğurub, bu barədə nə deyə bilərsiniz?

– Baş nazirə xatırlatdım ki, Azərbaycanda ermənilərin sıxışdırılması və qısnanması yalandır. Eyni zamanda, “Arsenal” klubunun erməni əsilli oyunçusunun Azərbaycana gələ bilməməsi ilə bağlı danışdığını qeyd edərək əlavə etdim kİ, Avropa Oyunlarında Ermənistan idmançıları iştirak etmişdi, hətta erməni əsilli bir idmançı mükafat almışdı. Bağlanış mərasimində isə Azərbaycan prezidenti azerkeşlərdən onun alqışlanmasını xahiş etmişdi. Yəni Azərbaycanda ermənilərə qarşı elə bir aqressiv və təhlükəli münasibət yoxdur. Baş nazirə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladaraq dedim ki, sənədlər Ermənistan ordusunun Azərbaycan ərazilərini qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, bildirdim ki, bütün BMT üzv dövlətləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görür, o cümlədən, Ermənistan da. Belə olduğu halda bir ölkənin Baş naziri kimi başqa ölkənin ərazisi sayılan və bütün beynəlxalq aləm tərəfindən Azərbaycanın tərkib hissəsi hesab edilən Xankəndinə gedib, ordan “Qarabağ Ermənistandır və nöqtə” deməyinizin sülh prosesinə hansı töhfəsi var? Əlavə etdim ki, sizin bəyanata Azərbaycan Prezidenti də “Qarabağ Azərbaycanın və nida” kimi cavab verilmişdi. Baş nazir cavabında bildirdi ki, bir ilə yaxındır konstruktiv mövqe göstərib və rəsmi Bakıdan heç bir cavab gəlməyib. Ona görə belə bəyanat verib. Ermənistandan qaçqın düşən azərbaycanlılarla bağlı söylədi ki, ermənilər Azərbaycanı tərk edəndə Sumqayıtda qırğına məruz qalmışdılar, amma azərbaycanlılar Ermənistanı tərk edəndə guya yerli erməni milisi onları müşayiət edirmiş. Nəticədə heç bir zədə almadan Ermənistanı tərk ediblər.

Baş nazirin sualınıza cavabından razı qaldınızmı?

– Nikol Paşinyan sualıma tam cavab vermədi. Görüşdən sonra mənə yaxınlaşıb kimliyimi və haradan olduğumu soruşdu, cavab verdim ki, sual ətrafında çox şey danışdınız, amma sualıma cavab vermədiniz ki, Xankəndində səsləndirdiyiniz bəyanat sülh prosesinə necə töhfə verir. Çünki siz özünüzü Avropada sülh carçısı kimi göstərirsiniz, ancaq eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində belə bəyanat verirsiniz. Başa düşməlisiniz ki, bu, sülh prosesinə töhfə yox, zərər verir. Baş nazir bildirdi ki, Azərbaycan hakimiyyəti tərəfindən hansısa konstruktiv mesajlar gözləyir. Əgər belə mesajlar olarsa, onlar da konstruktiv mesajlar verə bilərlər. Amma Bakı güc ritorikasından istifadə edərsə, onlar da bundan istifadə edirlər.

Paylaş:

This post was last modified on 13 Noyabr 2019 2:02 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Nəqliyyat pulları hara xərclənir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 10 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

11 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Fərəməz Novruzoğlu “Siyasət meydanı”nda: “İlham Əliyev parlamenti niyə qəfildən buraxdı?”-VİDEO

Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri, araşdırmaçı jurnalist Fərəməz Novruzoğlu 10 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin…

10 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

“Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq”-ŞOK

İlham İsmayıl Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək... Azərbaycan parlament seçkilərinə hazırlaşır. Ermənilər…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Tural Abbaslı və Pənah Hüseyn “Siyasət meydanında”: “Seçkilərə kimlər gedir?..”-VİDEO

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və AĞ Partiyanın sədri Tural Abbaslı 09 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Zəlimxan Məmmədli “Siyasət meydanı”nda: “Müxalifət birləşə bilmir”-VİDEO

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli 09 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

10 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Moderator.az saytına qısa müsahibə verib. Müsahibəni xural.com oxucuları üçün təqdim…

8 Dekabr 2019
Xural.COM