Bəxtiyar Sadıqov və Əflatun Amaşov

Əvəz Zeynallı

 Elşad Abdullayevdən nə qədər pul alıbsınız?

 Elşad Abdullayev açıb ağzını. Danışır. Bizim üçün göydəndüşmədir. Yayınlayacağıq. Amma bu mətbuat düşməninin, bu elmdən və mədəniyyətdənanlamazın elə qəribə işləklərinin şahidi oluruq ki, adam məəttəl qalır. Sən demə, Əflatun Amaşov «Təzadlar» qəzetini reket qəzet çıxarıb öz əzizlərinin adlarının layiq olduğu siyahıya salmaq üçün saçları ağaran Rəhim Hüseynovu alətə çevirərək, onun əli ilə Elşad Abdullayevdən 5.000 manat alıbmış. Biz dünənki sayımızda bu məbləği 4.000 dollar yazmışdıq, amma məlumatlar gəldi ki, bu, 4.000 dollar yox, 5.000 manat imiş. Bu, işin bir tərəfi. İndi hüquq-mühafizə orqanları Əflatunun və Rəhim Hüseynovun rüşvət aldıqlarını araşdırmalı və onların ikisini də həbs etməlidir. Bunlar mətbuatın adından istifadə edərək reketliklə məşğul olurlarmış.

Məni işin o biri tərəfi maraqlandırır. «Azərbaycan» qəzeti və Bəxtiyar Sadıqov Elşad Abdullayevi söyməklə məşğuldur indi. Dünyanın işinə bax, «Təzadlar»ın işində Əflatun «gedin Bəxtiyar Sadıqovla danışın» deyə adamları Bəxtiyarın yanına göndərirmiş. Çünki Elşad Abdullayevlə sövdələşməni o aparır, Elşadın vəkilliyini o edirmiş. İndi Bəxtiyar Sadıqov Elşad Abdullayevə ağla və ağza alınmayan təhqirləri yağdırır. Bunlar budurlar. Bu qədər miskin və zavallıdırlar.

Həftə səkkiz, mən doqquz Elşad Abdullayevin palaz-palaz yazıları çıxmırdımı Bəxtiyar Sadıqovun başsağlığı pulu ilə çıxardığı «Azərbaycan» qəzetinin səhifələrində? Hər yazı üçün konvertdə dəstə-dəstə pullar gəlmirdimi? O zaman da yazmırdımı mətbuat bu adamın cinayətlərindən? O zaman Bəxtiyar Sadıqovun gözlərini nə tutmuşdu elə? Niyə görmürdü? Elşad Abdullayevin pulları? Reketlik edirdilər bunlar? Həm də dövlət çapında, eləmi?

Elşad Abdullayev bir azdan hər şeyi danışacaq. Bəxtiyar Sadıqova nə qədər göndərirdi, Əflatun Amaşova nə qədər pullar verirdi, Əflatunun, Bəxtiyarın, Vüqar Rəhimzadənin kimləri oxuyurdu onun xaraba Universitetində. Hamısı açıqlanacaq. Necə Əflatuna göndərilən 5.000 manat faktı açıldı, digərləri də eləcə açıqlanacaq.

Dövlət miqyasında reketliklə məşğul olan bu ədalətsiz və vicdansız dəstə bir an öncə zərərsizləşirilməlidir. İşə bir baxın ki, tərəflərin danışıb razılaşdığı halda Mətbuat Şurası məhkəməyə rəy göndərir ki, «Təzadlar» qəzeti məsuliyyətə cəlb olunmalıdır. Əflatun Amaşovun imzası ilə qəzetdən şikayət edən Elşad Abdullayevə təşəkkür məktubu göndərilib. Bu nə zehniyyətdir belə? Nə əxlaqdır? Nə mədəniyyətdir? Nə peşəkarlıqdır? Bunlarmı İlham Əliyevin mətbuat siyasətini təşkil edirlər?!

Mən polis və prokurorluq orqanlarını sadalanan faktların araşdırılmasına səsləyirəm. Hüquqi məsuliyyət dövrəyə girməlidir. Lazım olunan bütün müraciətlər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə olunmalıdır və komissiya araşdırmalara start verməlidir. Mətbuatla məşğul olmalı olan bu mütəşəkkil dəstə məsuliyyətə alınmalı, Mətbuat Şurası yenidən təşkil olunmalıdır. Onların heç bir mənəvi-hüquqi ixtiyarları qalmayıb ki, mətbuatla bağlı hansısa qərarların alınmasında iştirak etsinlər. Onlar daşıdıqları peşə əxlaqı ilə artıq çöküblər və mətbuatın tarixinə qara ləkə kimi düşüblər. Bunlar haram yolla pul yığıb sərvət toplayanların ciblərində eşələnirlər və Elşad Abdullayev nümunəsi bunun parlaq inikasıdır.

Elşad Abdullayev bunların qəbrini qazdı.

İndi qalır yerdən qaldırmaq.

Ona da Şeyxin duası lazımdır.

Əl-Fatihəəə…

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button