Bəhram Bağırzadənin həyatı uğrunda mübarizə gedir

“Ötən gün və gecə ərzində əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib”.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, B.Bağırzadənin vəziyyəti sabit ağır olaraq qalır: “Analizlərin, qan qazlarının və başqa həyati mühüm olan göstəricilərdə tibbi dəyişiklik baş verməyib. Müalicəsi ilə bağlı bütün lazımi təyinatlar yerinə yetirilir”.

Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə iyunun 13-də vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb, ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olub.

Süni tənəffüs aparatına qoşulma ilə intensiv müalicəyə baxmayaraq, saturasiyanın (qanın oksigenlə doyulması) artımına nail olunmayıb. Ona görə də pasiyentin EKMO cihazına qoşulmasına qərar verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button