Bəlkə, Şuşa dağlarının başını bu dəfə raketlər dumanlandırsın?!

Mübariz Azərbaycanlı,
Müstəqil jurnalist


“Aşot”un bizi qırıb bitirdikdən sonra sonuncumuzu spirtə qoyub gələcək nəsillərinə göstərmək üçün saxlamaq istəyində təəccüblü heç bir şey yoxdur. Məgər biz neçə illərdir ATƏT-in “duzuna” qoyulmamışıqmı və hələ də “duza getmirikmi”?
 

Həmişə ATƏT adı eşidəndə və ya oxuyanda əvvəlcə ağlıma “at” və “ət” sözləri gəlir. Sözsüz ki, bu təsadüfi deyil. Görünür hər dəfə efirə gedən xəbərlərdə at əti satanların tutulmalarını bu beynəlxalq təşkilatın abreviaturasını gözümdən salıb.

Amma məsələ təkcə at və ətdə deyil. Atın nə günahı var? Əgər atın çapılan yeri Cıdır düzü haylar tərəfindən işğal olunmasaydı, o heç kəsilməsinə razı olardımı?  Oylağında “eşşək yarışı” keçirilən at kəsilməsin neyləsin? Əsl məsələ ATƏT-in yarıtmazlığında və bizim aşıb-daşan səbrimizdədir.

Bütün dünya bilir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanan bu quruma 1992-ci ildən üzv olan Azərbaycan Dağlıq Qarabağın düyünlənmiş bağının bu təşkilatın 24 martda yaradılmış Minsk qrupu tərəfindən açılacağına bel bağladı. Artıq 26 ildir ki, bel bağlanan ATƏT öz öhdəliyini yerinə yetirmək əvəzinə əksinə, Azərbaycan Qarabağa tərəf az-maz “tərs” baxan kimi o dəqiqə qara belbağına çevrilib onun belini “sıxıb” – “Qarabağ probleminin sülh yolu ilə həllindən başqa ayrı yolu yoxdur” – deyir.

Doğrudur, naharı Bakıda yeyib, şamı İrəvana salan bu məşhur “üç muşketyorlar”, bəlkə də neçə illərdir yedikləri çörəyə xatir ədalət nümayiş etdirə bilərlər. Amma şübhəsiz ki, onların təmsil etdikləri – ABŞ, Rusiya və Fransanın Qarabağla bağlı toqquşan maraqları buna imkan vermir.

Bəli, Azərbaycan xalqı tolerant xalqdır, multikultural dəyərlərə qiymət verməyi və hörmət etməyi daim üstün tutur. Hətta o qədər üstün tutur ki, ermənilərin ən azı Xocalı boyda vəhşilik etmələrinə baxmayaraq, onlara Qarabağda birgəyaşayışı təmin etmək üçün ən yüksək muxtariyyat statusu verməyə də razıdır. Əlbəttə biz saydığımızı belə saysaq da, amma Qarabağ erməniləri öz hesablarını hansısa “Aykanuşun” və “Aşotun” “şotu” ilə sayırlar.

ATƏT-in “gözündən” iraq olsa da, yəqin ki bu günlərdə sosial şəbəkələrdə işğal altındakı Azərbaycan torpaqlarında yaşayan hayların Azərbaycan türklərinə qarşı sonsuz nifrət və kinlərini, həyasızlıq notları üzərində köklənmiş çıxışlarını əks etdirən video görüntüləri hamı gördü.

Əvvəlcə “Aykanuş” açıq şəkildə: “Bu, bizim daxili problemimizdir, bunu özümüz həll etməliyik. Qapıları açıb, azərbaycanlıların bura dəvət olunması məsələsinə gəlincə, mən istəmirəm ki, bir daha mənim torpağımda türk yaşasın. Mən istəyirəm ki, övladım möhkəm ruhlu böyüsün. Hətta bütün dünya bizi işğalçı adlandırsa da. Mən qəbul edirəm, mən işğalçıyam. Mən əraziləri işğal etmişəm və bunu niyə etdiyimə görə məsuliyyət daşıyıram” – deyir. Sonra növbəti kadrda hansısa kiçik bir toplantıda (sosial şəbəkədə paylaşılan bir məlumata əsaslansaq, çox güman ki, Azərbaycan ordusunun irimiqyaslı hərbi təlimindən hay-həşirə düşən haylar Laçın hərbi komissarlığında toplantı keçiriblər) çıxış edən orta yaşlı “Aşot”: “Bu Laçın ərazisinə gəlincə, bu, bizim babalarımızın torpağıdır. Biz bu torpağı işğal etməmişik, biz oranı azad etmişik. İndi isə burada  ermənilər öz babalarının torpaqlarında yaşayırlar. …Əvvəl pis yaşayırdıq. İndi yaxşı yaşayırıq… Mağaza var, yol var, maşın parkı var. Dövlət vaxtlı-vaxtında maaşımızı verir. Qoy türklər özləri üçün yaşasın, onlar bizdən nə istəyir? Biz onlarla yaşaya bilmərik. Bu, xalq deyil, bu, tayfadır… Bütün bu tayfanı kəsib doğramaq, məhv etmək lazımdır! Və yalnız birini spirtli şüşədə saxlamaq gərəkdir. …Bircəyini spirtdə saxlamaq və gələcək nəsillərə göstərmək lazımdır ki, belə bir köçəri tayfa olub. Biz erməniləri nəyin qoruduğuna gəldikdə isə bu, bizim dilimizdir, mədəniyyətimizdir, bizim inancımızdır. Bizi saxlayan budur. Xristian inancına malik olan şəxs İslamla yaşaya bilməz!” – deyə, sanki öz qəti hökmünü verir.

Buyurun, bu bizim tolerantlığımız, ana dilində yəni dözümlüyümüz, səbrliyimiz, o da “Aykanuş”la “Aşot”un tolerantlığı. “Mən əraziləri işğal etmişəm və bunu niyə etdiyimə görə məsuliyyət daşıyıram” deyən “Aykanuş”a bütün beynəlxalq təşkilatlar və onların qərarları aşıq-aşkar “vız” gəlir.

Türkləri tayfa adlandıran bu “çoxbilmiş” yaltaq “Aşot”un isə dünyada sayca ən çox imperiya yaratmış türk xalqına hansı üzlə tayfa dediyini heç anlamaq olmur. Video görüntüdə yeganə anlaşılan odur ki, “Aşot” danışdıqca onun yanında oturanların üz-gözləri tökülmüş halda ürəklərindən qara qanlar axır.

İndi baxın, bu boyda erməni nifrətinin üstündən Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfransa gəlmiş ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Qarabağ problemi ilə bağlı “Biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Bu münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur” – deyir. Belə yerdə adam bilmir şeytanı lənətləsin yoxsa hayları. Hərçənd hər ikisi eyni məxluqdurlar; hiyləgər və araqarışdıran. Maraqlıdır, görəsən Georgi Tsereteli bilirmi bizim dildə “səy” sözünün iki mənası olduğunu? Onun nəzərdə tutduğu səylə 26 il bir xalqı səy yerinə qoymaq hansı beynəlxalq hüquqa sığır?

Digər tərəfdən də, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Rusiya Aprel döyüşündə əzilmiş hayların könlünü “İsgəndər”lə aldıqdan sonra bu tərəfdə “Rus-“Artsax” Dostluq Cəmiyyəti” ictimai təşkilatı yaradır. O biri üzvü ABŞ qondarma “respublikanın rəhbəri” Bako Saakyanı rəsmi şəxs kimi qəbul edir, hətta Qlendeyl şəhərində Merilend prospektinə Azərbaycan ərazisinə qondurduqları “respublikanın” şərəfinə “Artsax” adı verir. Fransa isə həmişə olduğu kimi haylar “qa deyəndə ət, qu deyəndə su” verirlər.

Doğrudur, rəsmi Bakı belə hallarda bu ölkələrə etiraz notası versə də, amma onlar çox vaxt bunu zəvvarların müqəddəs Məkkədə şeytana atdıqları daş kimi qəbul edirlər. Yeri gəlmişkən, Bako Saakyanıın ABŞ-a səfəri ilə bağlı Azərbaycanın bu ölkəyə verdiyi notaya, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin son məlumatına görə hələ ki, nə Dövlət Departamenti, nə də ABŞ-ın Azərbaycandakı səfirliyindən cavab verilməyib.

Artıq, haylar heç nə olmamış kimi Ermənistandan Qarabağa üçüncü maqistral yolu çəkirlər. Amma ATƏT Azərbaycana az qala açıq şəkildə “danışma, yola ver” – deyir. Şübhə yox ki, ermənilər yaxın gələcəkdə bu yolların hər birini ayrı-ayrılıqda onları “bu yola” salanların şərəfinə – Rusiya, ABŞ və Fransa yolu adlandıracaqlar. Çünki Azərbaycanlıları öz ata-baba torpaqlarından birdəfəlik yola salmaqda haylara əsas yardım edən bu ölkələr oldular və bizi “yola verməklə” onlar tərəfindən edilən bu yardım müxtəlif formalarda indi də davam etməkdədir.

Maraqlıdır, bu boyda top-tüfəngimiz, regionda ən güclü ordumuz olduğu halda, “Aşot”a niyə fındıq boyda daş atmalıyıq? Biz qoşunların təmas xəttində düşmən ordusunun atəşkəs rejimini neçə dəfə pozduğunun hesabını apardığımız halda, “Aşot” bizim sonuncumuza qədər qırıb birimizi spritə qoymağının haqq-hesabı barədə düşünür.

Nə isə, əslində demək istədiyim bu idi ki, Laçında məskən salmış və öz güzaranından razılıq edən “Aşot”un bizi qırıb bitirdikdən sonra sonuncumuzu spirtə qoyub gələcək nəsillərinə göstərmək üçün saxlamaq istəyində təəccüblü heç bir şey yoxdur. Məgər biz neçə illərdir ATƏT-in, eyni zamanda bu quruma üzv olan dövlətlərin  “duzuna” qoyulmamışıqmı və ya hələ də onların sözləri ilə “duza getmirikmi”? Bu “duz” bizim az qala iliyimizə işləsə də amma elə dözürük, heç qımıldanmırıq da. Biz niyə belə olduq, niyə özümüzə qarşı biganələşdik, Kəlbəcərin Zod qızıl mədənlərində quldarlıq quruluşuna atılmış qadınlı-kişili çoxsaylı əsir və girovlarımız, Şuşa zindanında zillət çəkən Dilqəm Əsgərov və Şahbaz Quliyev niyə bizim vicdanımızı sızlatmır? Bu qədər dözümlü, səbrli  olmaqla Allahmı olmaq istəyirik?

Yetməzmi Qarabağda yaşayan ermənilərə hava proqnozunu Bakıdan verib onları özümüzə güldürmək və ya sevindirib, havalandırıb rəqs etdirmək? Bəlkə, şeypurlar çalınsın?! Bəlkə, Qarabağın şikəstəsi havalansın, Şuşa dağlarının başını bu dəfə raketlər dumanlandırsın?! Bəs deyilmi bu qədər “duza getmək”, spirtə qoyulmaq,  aşağılanmaq, alçaldılmaq?!

Başqasını deyə bilmərəm, amma haylar məni öldürüb sonuncu türk kimi böyük bir kolbanın içində spirtə qoyub gələcək nəsillərinə eksponat kimi göstərmək istəsələr, “baxışımla” onlara və ən əsası isə bu qədər səbrli olmağımıza olan nifrətimi  mütləq hiss etdirəcəyəm. O spirt gözümü yandırsa da və ya ölüykən məni bir daha öldürsə də, nifrətimi mütləq hiss etdirəcəyəm!

 

Moderator.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button