Bərdə və Ağdam rayonlarında pambıq yığımı başlayıb

Milli.Az xəbər portalının “Kəpəz” TV kanalına istinadən verilən məlumata görə, Bərdə və Ağdam rayonlarında pambıq yığımına başlanıb.
Məhsuldarlıq az olsa da, sahələrdə yığım aparılır. Amma bu il əlverişsiz keçən hava şəraiti bəzi çətinliklər də yaradıb. Belə ki, yığım 20-25 gün gecikib. Buna baxmayaraq, pambıqçılar tarlalardan bol məhsul götürmək ümidindədirlər. Ağdamın işğal olunmayan ərazilərində məhsul yığımı davam edir. Cəbhə bölgəsində  məhsul yığmaq çətin və təhlükəli olsa da, kəndlilər  onu  vaxtında itkisiz toplamağa çalışır.
“Bu il Ağdamda 450 ha sahədə pambıq əkmişik. Yeni pambıq sortları gətirilib. Onlardan ən aşağısı 40 sentner məhsul əldə olunacaq”.
Bir zamanlar pambıqçılq rayonu kimi tanınan Bərdənin də bütün sahələrində yığıma başlanıb. Kənd sakinləri məhsulun azlığından şikayətlənirlər. Onlar bildirirlər ki, məhsulun satış qiyməti aşağı olduğundan maya dəyəri ödənilmir. Qeyd edək ki, sahədən yığılan pambıq zavoda daşınır. Fermerlər pambığı  istehsal və  emal zavoduna  41 qəpiyə satırlar.

 

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button