Bərpa olunan hansı şəhərdir – Yerevan, yoxsa İrəvan?

11.02.2012

Ermənistan Yerevanın bərpasında Bakının köməyini istəmir

“BBC-Azeri”nin məlumatına görə, Emənistan paytaxtının meriyasında Azərbaycan nümayəndəsinin Yerevan şəhərinin tarixi mərkəzini bərpa etməyə kömək təklifini qəbul etməyib. Yerevan meriyasının İnformasiya və İctimai Əlaqələr İdarəsinin rəhbəri Artur Qevorqyan “mənasız iddiaları” şərh etməyə ehtiyac olmadığını bildirib: “Bizdə bütün lazımi layihələr, çertyojlar, sənəd və şəkillər vardır”.
Xatırladaq ki, Ermənistanda “Qədim Yerevan” proqramı çərçivəsində paytaxt mərkəzinin bir hissəsində tarixi görünüşün bərpa edilməsi planlaşdırılır. Proqramın Yerevana baş çəkən turistlərin sayının artmasına xidmət edəcəyi ehtimal olunur. Bunula bağlı Azərbaycan Prezident Administrasiyası Siyasi Təhqiqatlar Şöbəsinin rəhbəri Fuad Axundov “REGNUM” informasiya agentliyinə müsahibəsində demişdi: “Əgər həqiqətən İrəvan şəhərinin əvvəlki tarixi simasını bərpa etmək istəyirlərsə, biz lazımi şəkilləri və cizgiləri erməni tərəfinə verə bilərik”.

Yerevanın sovet dövründə və hazırda mütəmadi şəkildə dağıdılan əsil orta əsr mərkəzi əvəzinə yeni bir XVIII əsrin sonu – XIX əsrin əvvəlinə aid nə isə bir bənzəyiş yaradılacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button