Bəşər Əsəddən ABŞ və Türkiyəni ittiham edən müsahibə

Artıq beşinci ildir ki, Suriyada davam edən və 250 mindən çox insanın həyatını aparan savaş (daha doğrusu, savaşlar) getdikcə gərginləşir. Təbii ki, bütün dünyanın diqqət mərkəzndə duran Suriya hadisələri haqda istənilən xəbər hər kəsdə böyük maraq doğurur. Bunu nəzərə alıb Suriya prezidenti Bəşər Əsədin “El-Pais” qəzetinə (İspaniya) verdiyi müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik.

– Mühasirəyə alınmış yeddi rayona bu həftə humanitar yardım çatdırılmasına icazə verdiniz. Hesablamalara görə, bu ərazilərdə əkəsriyyəti üç ildən çox mühasirədə qalmış 486 min nəfər yaşayır. Niyə yardım bu qədər yubanmaqla gəldi?

– Əslində, bu, dünən başlanmayıb. Böhranın lap əvəvlindən baş verir. Biz Suriya vilayətlərindən heç birinə embarqo qoymamışıq. Bu və ya digər vilayətin hərbi mühasirəsi ilə embarqo arasındakı fərqi anlamaq lazımdır: biz silahlı birləşmələrlə mübarizə aparırıq və bu cür hərəkətlər təhlükəsizlik təminatı və hərbi vəzifələrin həlli üçün təbiidir. Bu ərazilərin problemləri isə bundan ibarətdir ki, ona nəzarət edən hərbi birlşmələr yerli sakinlərin ərzaq məhsullarını və digər ilkin zəriuri tələbat əşyalarını müsadirə edərək özününkülərə verib və yaxud yüksək qiymətə satıb. Biz hökumət olaraq yardım çatdırılmasına mane olmamışıq – o cümlədən üç il boyunca Ən-Nusra Cəbhəsinin (Əl-Qaidənin yerli şöbəsi-red.) nəzarət etdiyi Rakka şəhəri daxil olmaqla, İŞİD-in nəzarətində olan bölgələrə. Biz bu ərazilərə təqaüdçülərin təqadünü, dövlət qulluqçularının maaşlarını və uşaqlar üçün vaksin göndrərirk.

– Yəni Rakkaya və İŞİD-in digər istehkamlarına ərzaq məhsulu və dövlət qulluqçularının maaşlarını göndərməyi davam etdirirsiniz?

– Məhz belə. Bəli, Rakkaya maaş göndəririk, çünki bir hökumət kimi, hesab edirik ki,  bütün Suriya xalqı üçün sorumluyuq. Ölkəmizin ayrı-ayrı ərazilərindən necə imtina edə bilərik? Bu, səhv olardı. Və məhz buna görə deyirəm ki, əvvəllər də humanitar yarım göndərilirdi. Biz lap əvvəldən humanitar yardım və ərzaq məhsulunun daşınmasına icazə vermişik.

– Və bu cür yardım gəlməkdə davam edir?

– Əlbəttə.

– Rusiya və ABŞ keçən həftə barşıq elan etdilər. Suriya hökuməti atəşkəs rejiminə və Suriya ərazisində hərbi əməliyyatlarn dayadırılmasına əməl etmək fikrindədirmi?

– Əlbəttə. Hətta bildirmişik ki, buna hazırıq, lakin təkcə bəyanatlar kifayət deyil. Yerlərdə nə edəcəyimiz önəmlidir. Bununla bərabər, ehtimal edirəm ki, atəşkəs rejimi konsepsiyası o qədər də düzgün deyil, çünki bu cür rejim iki ordu və yaxud bir-birinə qarşı duran iki ölkə arasında müəyyən edilir. Hərbi əməliyyatların dayandırılmasından danışmaq düzgün olardı. Bəli, biz hər şeydən öncə atəşin kəsilməsindən danışırıq, lakin son dərəcə mühüm ikinci dərəcəli amlllər də var; xüsusilə də imkan verə bilmərik ki, terrorçular hərbi əməliyyatların durdurulmasından öz mövqelərinin möhkəmləndirilməsi üçün istifadə etsinlər. Biz həmçinin digər ölkələrə – xüsusən Türkiyəyə – terrorçulara canlı qüvvə, silah və başqa vasitələrlə dəstək verməyi qadağan etməliyik. Nəhayət, BMT Təhlükəsizlik Şurasının bu məsələ üzrə hələ də qəbul edilməmiş qətnaməsi var. Biz hərbi əməliyyatların dayandırılmasına qədər bu tələbləri icra etməsək, bu cür dayandırılma mənfi effekt verəcək və Suriya ərazisində hərc-məcliyi yalnız gücləndirəcək ki, bu da ölkənin faktiki şəkildə bölünməsinə səbəb olacaq.

– Başqa sözlə, atəşkəsə baxmayaraq, ayrı-ayrı hərbi birləşmələrlə döyüşlər davam edəcək?

– Bəli, əlbəttə, söhbət məsələn, İŞİD, ən-Nusra və başqa terrorçu təşkilatlardan və Əl-Qaidə ilə bağlı qruplardan gedir. Bu gün Suriya və Rusiyada dörd qruplaşmadan danışırlar: Əhrar əş-Şam, Ceyş əl-İslam (İslam ordusu) və artıq adı çəkilmiş ən-Nusra Cəbhəsi və İŞİD.

– Qoşunlarınız müxalifətin qalalarından biri Hələbi artıq mühasirəyə alıb. Bu şəhər üzərində nəzarəti geri qaytarmağı nə vaxta planlaşdırırsınız?

– Əslində, biz şəhərin mərkəzini artıq ələ keçirmişik, xeyli hissəsi hökumət qoşunlarının nəzarətindədir. Şəhərətrafı əhalinin böyük hissəsi yaraqlıların nəzarət etdiyi zonalardan hökumət zonasına keçir. Söhbət artıq şəhərə nəzarətin geri qaytarılmasından getmir. Hazırda Türkiyə ilə terrorçu qruplaşmalar arasındakı əlaqə yollarını bağlamaq lazımdır. Hələb əməliyyatının gedişində qarşımızda məhz bu vəzifə durur və əsas yolları kəsməklə bunu qismən icra etmişik. Hələbi Türkiyədən tam şəkildə təcrid edə bilməmişik, lakin Türkiyənin terrorçularla qarşılıqlı fəaliyyətini xeyli çətinləşdirmişik. Türkiyə də məhz bu səbəbdən kürdlərin bombardmanına başladı.

– Hələbdən sonra nələr olacaq? Suriya ordusu İŞİD-in qondarma paytaxtı Rakkaya qədər getmək fikrindədirmi?

– Biz Suriyanın bütün ərazisini qaytarmağı planlaşdırırıq, lakin bu gün ondan çox cəbhədə döyüşürük. Biz Rakkaya sarı irəliləyirik, lakin ora hələlik çox yol var. Biz Rakkaya və başqa yönlər üzrə hücum edirik, lakin bunun nə qədər vaxt aparacağı cari əməliyyatların gedişindən asılıdır. Buna görə də müddət haqda hansısa aydınlıqla danışa bilmərik.

– Rusiya müxalifətin  əsas mövqelərini fəal şəkildə bombalayır. Onun müdaxiləsi münaqişədə dönüş məqamı oldu. Çoxları hesab edir ki, təşəbbüs sizə keçib. Kənar yardımsız bu cür nəticəyə nail ola bilərdinizmi?

– Heç şübhəsiz, Rusiya və İranın dəstəyi ordumuzun uğurunda həlledici rol oynadı. Lakin buna müstəqil şəkildə nail ola bilməyəcəyimizi iddia etmək düz deyil. Çətin ki, bu fərziyyəvi suala kimsə inamla cavab verə bilsin. Lakin, sözsüz ki, bizə kömək lazımdır və səbəb çox sadədir: 80-dən çox ölkə bu və ya digər üsulla terroçuları dəstəkləyir. Bəziləri pulla əl tutur, logistik (maddi-texniki) dəstək, silah və canlı qüvvə verir. Başqaları müxtəlif beynəlxalq forumlar çərçivəsində siyasi dəstək təklif edir. Suriya kiçik ölkədir. Biz müstəqil şəkildə mübarizə apara bilərdik, lakin terrorçulara qeydsiz-şərtsiz dəstəyin işığında aydındır ki, bizə də beynəlxalq dəstək lazımdır. Lakin təkrar edirəm, sualınız xalis fərziyyəvi önəm kəsb edir və ona cavab verə bilmərəm.

– Rusiya Hərbi Kosmik Qüvvələrinin (HKQ) hava əməliyyatından danışarkən mülki əhali arasndakı qurbanlar sizi narahat etmir? Bazar ertəsi (15 fevral-red.) hospital bombalandı, 50 nəfər həlak oldu. ABŞ bu insidentdə Rusiyanı ittiham etdi.

– ABŞ-ın bir sıra rəsmiləri sonradan bildirdilər ki, günahkarlar onlara məlum deyil. Bəyanatlarda bu cür məntiqsizlik ABŞ üçün səciyyəvidir. Eyni zamanda, baş vermiş hadisədə günahkarı göstərən və nə baş verdiyini isbatlayan konkret sübutları heç kim göstərə bilməz. Qurbanlara gəlincə, bu, bütün müharibələr üçün ümumi problemdir. Əlbəttə, bu münaqişənin bütün günahsız qurbanlarına görə son dərəcə təəssüflənirəm, lakin bu, müharibədir. Müharibə – şərdir, “yaxşı” müharibələr yoxdur: Müharibəyə görə həmişə mülki və günahsız insanlar bədəl ödəyir.

– Bəs sizin ərazinizdə fəaliyyəti dinc əhali içində qurbanlara səbəb olan yad ordunun varlığı faktını öz xalqınıza, suriyalılara necə izah edirsiniz? Bunu nəsə qaçılmaz sayırsınız?

– Xeyr, rusların mülki hədəflərə hücum etdiyinə dair heç bir sübut yoxdur. Onlar hədəf seçimində olduqca ehtiyatlıdırlar və terrorçuların baza və mövqelərini hər gün bombalayırlar. Budur, amerikalılar isə Suriyanın quzeyində xeyli vətəndaşı öldürüblər. İndiki anadək ruslarla mülkilər arasında heç bir insident olmayıb. Ruslar dinc əhaliyə hücum etmir, hətta əməliyyatların çox hissəsi kənd yerlərində olur.

– Əcnəbi ordulardan danışmışkən: Türkiyə və Səudiyyə Ərəbistanı İŞİD-lə mübarizə bəhanəsilə Suriyaya ordu göndərmək təhdidini gerçəkləşdirsə, cavabınız necə olacaq?

– Özünüzün dediyiniz kimi, bu, bəhanədir. Bu, baş versə, onlara terrorçu kimi yanaşacağıq. Öz ölkəmizi müdafiə edəcəyik. Bu cür hərəkətlər təcavüzü ifadə edir. Onların Suriyaya siyasi və hərbi müdaxilə üçün heç bir hüququ yoxdur. Bu, beynəlxalq hüququn pozulması olacaq və biz suriyalılara vuruşmaqdan və vətənimizi qorumaqdan başqa çıxış yolu qalmayacaq.

– Türkiyə öz ərazisindən Suryanı bombalamağa başlayb.

– Həqitətən də belədir, Türkiyə hələ bombardmana qədər bizə terrorçular göndərir, eyni məqsəd güdməklə və ona çatmaq üçün müxtəlif üsullara əl atırdı. Türkiyə lap əvvəldən Suriya hadisələrinə cəlb edilmişdi.

Səudiyyə Ərəbistanı Ər-Riyadda konfransda müxalifəti birləşdirmək cəhdi göstərdi. Keçirilmiş görüşlərə Əl-Qaidə ilə bağlı döyüşçülər də qatıldılar. Silahlı müxalifətin hansısa hissəsinə danışıqlar aparmaq mümkün olan legitim qruplaşama kimi yanaşırsınızmı?

– Döyüş əməliyyatlarında iştirak edən qrupları nəzərdə tutursunuz?

– Bəli.

– Xeyr, xalqa və hökumətə qarşı silah işlətmiş istənilən kəs istər sizin, istər bizim, istərsə də düyanın başqa ölkəsində olsun, hüquqi və konstitusiya baxımından terrorçudur. Bu qrupların hansısa legitimliyə malik olduğunu iddia etmək olmaz. Onlar silahı yerə qoyub siyasi prosesə inteqrasiya olunsa, bunu qazana bilərlər. Bu, istənilən ölkədə yeganə mümkün yoldur, islahatlar və qanuna, konstitusiyaya və hökumətdə dəyişikliklər yoludur. Məqsədə əldə avtomatla yox, siyasi proses yolu ilə yetişmək lazımdır.

– Yəni hesab edirsiniz ki, əlində silah döyüşənlərin hamısı terrorçudur?

– Siyasi prosesə inteqrasiya olunmaq hazırlığını ifadə etmirlərsə, bəli. Yalnız son variantda onlarla problemimiz olmayacaq.

– Hərbi əməliyyatlara qatılanlara, onların niyyətlərinə münasibətə gəlincə; onlar silahı yerə qoysa və qayıtmaq istəsələr, bunu edə bilərlərmi?

– Biz onları əfv edirik. Bu proses artıq iki ildir, gedir və son zamanlar xeyli sürətlənib. Əksəriyyəti silahı yerə qoyub, bəziləri Suriya ordusunun sıralarına daxil olub və bu gün İŞİD-lə vuruşurlar.

– Əlində silah hökumətə qarşı vuruşanların hamısının terrorçu olduğunu deyirsinizsə, onda Cenevrədə danışıqlar kiminlə aparılır?

– Cenevrədə hamını tədricən yığmaq nəzərdə tutulurdu. Bir tərəfdən, bunlar Əl-Qaidə ilə bağlı olan Səudiyyə Ərəbistanında hazırlanmış terrorçu və ekstremistlərdir. Digər tərəfdən, bu, həm “sürgün”dən olan, həm də Suriyadakı müxalifətdir. Biz bu ikinci hissə ilə, öz vətənləri ilə bağlı olan Suriya vətənpərvərləri ilə danışıqlar aparmağa hazırıq, lakin terrorçularla danışıqlar apara bilmərik. Konfrans da buna görə iflasa uğradı.

– Bəs 2011-ci ildə münaqişə başlananadək Suriya həbsxanalarına salınmış müxalifət liderləri və fəalları?

– Onların hamısı həbsxanadan çoxdan çıxıblar və böyük hissəsi müxalifət sıralarındadır.

– Hamısı?

– Onların hamısı, beş il müddətinə həbsə məhkum edilmiş terrorçular daxil olmaqla, 2010-cu ilədək azadlığa çıxıb.

– Sözünüzə subutunuz var?

– Bəli. Onlardan biri – Zəhran Alluş bu günlərdə öldürülüb. O, Əl-Qaidə ilə əlaqəsinə görə həbsxanaya salınmışdı, böhran başlananda isə öz terrorçu qruplaşmasını yaratdı.

– Bəz məlumatlara görə, bu gün Suriyada 35 minə yaxın əcnəbi cihadçı vuruşur. Onlardan 4000-i Avropadan çıxanlardır. İspaniya hökuməti bildirib ki, onların, təxminən, 300-ünün İspaniya vətəndaşlığı var. Onlar Suriya ordusunun əlinə keçsələr, başlarına nələr gələcək?

– İspaniya vətəndaşlarının?

– Bütünlükdə əcnəbi cihadçıların…

– Birinci növbədə, onlarla istənilən digər terrorçularla davrandığımız kimi davranırıq. Hüquqi baxımdan, vətəndaşlığın burada heç bir mənası yoxdur, söhbət ekstradisiyadan gedirsə, onda burada prosedur cəlb edilmiş ölkələrin mövcud əlaqələri ilə müəyyən edilir.

– Sizcə, bununla bağlı bu qədər əcnəbi vətəndaşı Suriyaya nələr cəlb  edir?

– Birinci növbədə, onlara verilən dəstək. Onlar xaricdən olduqca ciddi dəstək alırlar. Səudiyyə Ərəbistanı terrorçuların əsas maliyyə qaynağı kimi çıxış edir. Onları təyyarəyə oturdub Türkiyəyə göndərirlər, oradan Suriyaya keçirlər. Bundan başqa, onları xaos cəzb edir, çünki xaos terrorçular üçün ən münbit zəmindir. Üçüncü amil ideologiyadır, çünki onlar Əl-Qaidəyə mənsubdurlar. Dinimiz, İslam mədəniyyəti və önəminə görə digər müqəddəs yerlərlə birlikdə Məkkədən, Yerusəlimdən sonra birbaşa bu bölgə gəlir. Onlar inanırlar ki, burada öz dövlətlərini yaradıb öz nüfuzlarını digər bölgələrə yaya bilərlər. Onlar inanırlar ki, bura gəlib Allah və İslam uğrunda vuruşmağı bacararlar. Bu, onlar üçün cihaddır.

– Hökumət Suriyanın bütün ərazisində nəzarəti bərpa etməyə nail olsa,  siyasi prosesi başlayacaqsınızmı? Yenidən seçkilərə getməyə hazır olacaqsınızmı?

– Ən düzgün addım ölkənin idarəsində maraqlı olan bütün siyasi cərəyanları birləşdirən milli birlik hökumətinin yaradılması olardı. Bu cür hökumət yeni konstitusiyanın yaradılması üçün şərait hazırlamalıdır. Çünki Suriyanın gələcəyindən danışmaq və bunu müxtəlif partiyalarla müzakirə etmək, daxili problemlərin həlli üsullarını axtarmaq istəyirksə, konstitusiyanın müzakirəsindən başlamalıyıq. Heç şübhəsz, bu cür konstitusiya ümumxalq referendumuna çıxardılmalıdır. Və yeni Konstitusiya əsasında erkən seçkilər keçirilməlidir. Xalq və müxtəlif partiyalar seçki tələb etsə, baş tutacaq. Lakin məsələnin siyasi yönünün həllinin mənim şəxsi fikrimlə heç bir ümumiliyi yoxdur.

– Özünüzü 10 ildən sonra harada görürsünüz?

– Önəmli olan öz ölkəmi necə görməyimdir, mən bu ölkənin bir hissəsiyəm. Ona görə də on ilin hadisəsi üzrə Suriyanı xilas etməyə iqtidarlı olmaq istəyirəm. Lakin bu, onu bildirmir ki, prezident kimi qalacağam. Mən bu dövrü görməyimdən danışıram. Suriya qaydasında olacaq, mən isə öz ölkəsini xilas etmiş insan olacağam. Bu gün bu, mənim işim və borcumdur. Bu, vəzifəmin və Suriya vətəndaşı statusumun üzərimə qoyduğu öhdəlikdir.

– Hər halda, 10 ildən sonra hakimiyyətdə qalacaqsınızmı?

– Qarşıma belə bir məqsəd qoymuram. Hakimiyyət məni maraqlandırmır. Suriya xalqı istəsə ki, hakimiyyətdə olum, qalaram, əks halda gedərəm. Ölkəmə daha kömək edə bilməsəm, ləngimədən getməliyəm.

– İcazə verin, BMT İnsan haqları üzrə Şurasının fevralın 3-də dərc edilmiş Suriya üzrə məruzəsindən bir hissəni sitat gətirim: “Hökumətin saxladığı bir sıra şəxslər ölüncəyədək döyülüb və yaxud işgəncə vaxtı  aldığı yaradan ölüb”. Burada həmçinin sitat gətirilir ki, hökumət hərbi cinayətlər edib.

– Biz, təxminən, qətərlilərin bir il əvvəl etdiyindən danışırıq: hesabatı saxtalaşdırdılar və şübhəlıi qaynaqların məlumatlarına əsaslanıb ona yaralı adamların təsdiqlənməmiş fotoşəkillərini daxil etdilər. Sonra bu hesabat BMT-yə göndərildi. Bu, Suriyaya qarşı yönəlik mətbu kampaniyanın bir qismidir. Problemin kökü bundadır: Qərb və onun apadığı mətbu kampaniya. Yoxlanmamış məlumatlar götürülür və bu əsasda Suriya cinayətlərdə ittiham edilir, üzərinə məsuliyyət qoyulur və uyğun tədbirlər görülür.

– Dünya Türkiyə sahillərində cəsədi tapılmış Aylan Kürdinin – üç yaşlı Suriya qaçqınının fotoşəklindən sarsıldı. Bu fotoşəkli görəndə nə hiss etdiniz?

– Suriya münaqişəsinin ən böyük faciələrindən biri müxtəlif səbəblərdən ölkədən qaçan mühacirlərdir. Lakin hissləri bir kənara qoysaq, Suriya cəmiyyətinin dövlət qulluqçusu kimi bizə verdiyi sual bundan ibarətdir ki, biz sonra nə etməyə hazırlaşırıq? Hansı tədbirlər görülür ki, qaçqınlar öz ölkəsinə dönsün? Daha yaxşısı, onu tərk etməsinlər. Burada iki məqam var. Birincisi, terrorizmlə mübarizə aparmalıyıq, çünki terrorçular təkcə mülki əhalini təhdid etmir, həm də dolanışıq vəsaitindən məhrum edir. İkincisi, Qərb ölkələrinin, birinci növbədə ABŞ-ın Suriya üzərinə qoyduğu embarqo əhalinin yaşayış keyfiyyətinə güclü şəkildə pis təsir edir. Bu səbəblərlə mübarizə aparmalıyıq ki, faciənin uzanmasına imkan verməyək.

– Siz xatırlatdınız ki, qaçqınların bir hissəsi İŞİD-dən can qurtarır, lakin hökumətdən və Suriya ərazisində həyata keçirdiyi hərbi əməliyyatlardan qaçdığını deyənlər də var.

– Bu sözləri təkzib edən faktlar gətirmək istəyirəm, Suriyada oldğunuz müddətdə əmin ola biləcəyiniz faktlar: terrorçuların nəzarətinə düşmüş ərazilərdə yaşayanların əksəriyyəti hökumətə tabe olan ərazilərə köçməyə üstünlük verir. Onlar hökumətdən qaçacaqsa, niyə onun nəzarətinə keçirlər? Sizin sözləriniz gerçəkliyə uyğun gəlmir. Lakin müharibənin getdiyi, güllələrin uçuşduğu, tam bir sıra vilayətlərdə hökumətlə terrorçuların arasında toqquşmaların baş verdiyi bir gündə bu cür ərazilərin əhalisi, təbii ki, uzaq durmağa can atır, lakin o demək deyil ki, hökumətdən qaçır.

– Beynəlxalq dəyərləndirmələrə görə, Suriyanı beş milyona yaxın qaçqın tərk edib. Onun bir milyonu Avropadadır. Bu insanlara hansı zəmanəti verə bilərsiniz ki, cəza qorxusu olmadan sərbəstcəsinə ölkəyə dönsünlər?

– Əlbəttə, qayıda bilərlər, hətta qayıtmaq onların haqqıdır. Söhbət terrorçu və qatillərdən getmirsə, onlar hökumətdən qaçmayıblar. Onların bəziləri – düşünürəm ki, söhbət böyük kəmiyyətdən gedir – hökumətin tərəfdarlarıdır və ondan deyil, artıq dediyim kimi, son beş ildə tamamilə pisləşmiş ağır həyat şəraitindən qaçıblar. Sözsüz ki, onlar hökumətin onlara nisbətdə hansısa cəza tədbiri görəcəyindən qorxmadan qayıda bilər. Biz adamların Suriyaya qayıtmağını istəyirik.

– Hökumətiniz Aralıq dənizində bu qədər batan və boğulanlara səbəb olmuş qaçqın axınını dayandırmaq üçün nələri edə bilər?

– Artıq dediyim kimi, bu, təkcə Suriyadan yox, həm də dünyanın qalan ölkələrindən asılıdır. Birincisi, Avropa Suriya xalqının üzərindən embarqonu götürməlidir. O, Suriya hökumətinə qarşı yox, Suriya xalqına qarşı yönəlib. İkincisi, Türkiyə Suriyaya terrorçu göndərməyi dayandrımalıdır. Üçüncüsü, biz hökumət kimi terrorçularla vuruşmalıyıq, burada iki söhbət ola bilməz. Və suriyalıların öz vətənlərində qalması üçün mümkün bütün vasitələrlə vətəndaşların həyat səviyyəsini yüksəltməliyik. Bu, vətəndaşlarımızı vətənə qayıtmağa inandırmaqda yeganə üsuldur. Əminəm ki, onların əksəriyyəti Suriyaya dönmək istəyir.

– Hakimiyyətə gələrkən “Dəməşq baharı”nın başlanğıcını qoyub demokratik islahatlar keçirtməyə söz vermişdiniz. Bəziləri ehtimal edirlər ki, bu islahatları sürətlə aparsaydınız, xeyli həyatı xilas edə bilərdiniz. Xüsusən də müxalifət və ABŞ iddia edir ki, siz hakimiyyətdən imtina etsəydiniz, əksər qurbanlardan qaçmaq olardı. Bu haqda nə düşünürsünüz?

– Məsələ sıradakındadır; sözlərinizlə Qətərin terrorçuları maliyyələşdirməyi, silah göndərməyi və terrorçulara birbaşa dəstəyi  arasındakı əlaqə nədən ibarətdir? Sözlərinizlə terrorçulara dəstəkdə Türkiyənin rolu arasında nə əlaqə var? Bu, İŞİD və ən-Nusra Cəbhəsinin Suriya ərazisində olması ilə necə bağlıdır? Bu cür əlaqə düzgün deyil. Hə, sizin ölkənizdə, həm də istənilən başqa ölkədə istənilən rejimdə hökumət başçısının dəyişilməsinin zəruriliyi halında siyasi üsullarla hərəkət etmək lazımdır. Ələ silah almaq olmaz. Rejimin dəyişilməsi və yaxud demokratiyanın qurulması üçün silahdan istifadə etmək olmaz. Demokratiyaya silah lüləsi altında çatmaq olmaz və ABŞ-ın İraqdakı təcrübəsi bunu sübut edir. Eyni hal Yəməndə də baş verir. Prezident Əli Abdulla Saleh  sizin göstərdiyiniz səbəblərə görə hakimiyyətdən imtina etdi. Yəməndə nə baş verdi? Bu ölkədə daha yaxşı oldumu? Bu, kökündən səhvdir və burada heç bir əlaqə yoxdur. Demokratiya dialoq və cəmiyyətin demokratiyayadək inkişafı vasitəsilə əldə edilir. Əsil demokratiya cəmiyyətin özündən qaynaqlanır. Biz bir-birimizi qəbul etməliyik. Bu, müxtəlif etnosların, təriqətlərin, dinlərin əridilib qatışdığı kürə deyil. Onlar bir-birini qəbul etməyə necə alışa bilər? Lakin onlar yalnız bu cür anlayışa, biri-birini siyasi baxımdan qəbul etməyə yetişərkən əsil demokratiya hökm sürəcək. Bu məsələ prezidentdən asılı deyil. Problemi konkret şəxsə bağlamaq cəhdi oldu ki, bunun sadə problem olduğu sübut edilsin və prtezident hakimiyyətdən imtina etsə, hər şey yaxşı olacaq. Bu cür yanaşma qeyri-məqbuldur.

– Beş il boyunca itirilmiş bütün həyatlar və darmadağın edilmiş abidələr nəzərə alınmaqla nəyi başqa cür edərdiniz?

– Prinsipial məsələlərdən danışsaq, biz lap əvvəldən bildirdik ki, terrorçularla mübarizə aparacaq və dialoq üçün imkanlar arayacağıq. Terrorçular istisna olmaqla hamı ilə dialoqu qaydaya saldıq. Bundan başqa, terrorçulara silahı yerə qoymaq və onlara ümumi əfv təklif edərək normal həyata qayıtmaq imkanı verdik. Bu problemin həllinə kompleks yanaşmadır. Bu gün beş il keçdikdən sonra hesab etmirəm ki, bu cür yanaşma səhv idi və bu prinsiplərdən imtinaya hazırlaşmıram. Addımların gerçəkləşdirilməsi cürbəcür baş verir: icraçılardan, institutlardan, cəlb edilmiş iştirakçılardan və şəxslədən asılıdır. İstənilən adam səhv edə bilər və bu, baş verir. Nəyisə dəyişmək, yerlərdə buraxılmış hansısa səhvləri düzəltmək imkanı olsaydı, satın ərəbini geri döndərmək imkanım olsaydı, mən məhz bunları edərdim.

– Başqa sözlə, sizin baxışınıza görə, Dərya və Dəməşq şəhərlərindəki etirazlar lap əvvəldən xarici agentlərin sızdığı terrorçu aksiyaları idi? Ya hökumətə qarşı bu ilk etirazlara necəsə başqa cür yanaşırdınız?

– Başlanğıcda söhbət eirazçıların qarışıq tərkibindən gedirdi. Qətər əvvəlcə yürüşçülərə pul ödədi ki, onları Əl-Cəzirədə göstərsin və dünya ictimaiyyətini inandırsın ki, xalq öz prezidentinə qarşı qalxıb. Onlar Suriya hüdudlarında cəmi 140 min nəfəri küçələrə çıxartmağa müvəffəq oldular, buna görə də bu bizi çox da narahat etmədi. Sonra etiraz əhvali-ruhiyyəsini silkələmək üçün etirazçılar kütləsini həm polisə, həm də yürüşçülərə atəş açan ekstremistlər bürüdü. Bu plan iflasa uğrayarkən terrorçulara silah tədarükü işə düşdü. Lakin onların içində əsil yürüşçülər vardımı? Onlar nəyin uğrunda mübarizə aparırdılar? Əlbəttə, bu cür inanlar var idi, lakin bu, heç də hamısı deyildi. Beləliklə, iddia etmək olmaz ki, camaatın hamısı terrorçu idi, lakin aralarında terrorçu var idi.

David Alendete

El-Pais (İspaniya), 21.02.2016

Tərcümə Strateq.az-a məxsusdur

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button