Bəşəriyyətin 11 sentyabr faciəsi Hüseyn Abdullayevin təqdimatında

Amerikada baş vermiş faciəyə azərbaycanlı tərəfindən bu şəkildə qiymət verilməsi çox təsiredicidir. Görünür, bu əsəri təsirli edən Azərbaycanın da terrordan əziyyət çəkən bir ölkə olması, buna bənzər hissləri bizim də yaşamağımızdır…

“Oğuz Eli” İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayev Amerikada baş vermiş 11 sentyabr faciəsinə əsər yazıb. “Qafqazinfo” həmin əsəri əldə edib və eksklüziv olaraq Oxucularına təqdim edib. Qeyd etdiyimiz kimi Amerikada 2001-ci ilin 11 sentyabrında baş verən bu faciəyə həsr olunan əsər Moskva Dövlət Simfonik Orkestrinin 100 nəfərlik heyəti tərəfindən ifa edilib. Əsərdə 11 sentyabr hadisələri ilə bağlı indiyədək heç bir yerdə göstərilməyən kadrlar da yer alıb. Hüseyn Abullayevin bu simfonik əsərində hadisələr lap əvvəldən, dünyanın düz vaxtından, hər şeyin qaydasında olduğu bir dövrdən başlayır. Sonra birdən-birə hər şey dəyişir və dünyanı lərzəyə salan həmin terror hadisəsi baş verir. Maraqlı məqamlardan biri də əsərdə hadisədən sonrakı dövrün əks olunması, terror üzərində qətiyyətli mübarizə də əksini tapıb.
Bu gün bütün dünya 11 sentyabr hadisəsinin ildönümünü qeyd edir. Amerikada baş vermiş faciəyə azərbaycanlı tərəfindən bu şəkildə qiymət verilməsi çox təsiredici və önəmlidir. Görünür, bu əsəri təsirli edən Azərbaycanın da terrordan əziyyət çəkən bir ölkə olması, buna bənzər hissləri bizim də yaşamağımızdır…

 

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. BƏŞƏRİYYƏTİN FACİƏSİ PUL VERİB EV ALAN AMMA KİRAYƏLƏRDƏ SÜRÜNƏN VƏTƏNDAŞLARİ OLAN ÖLKƏDİR.BİR ÖLKƏDƏ Kİ DEMOKRATİYA SÖZ AZADLİGİ JURNALİST QƏLƏM AZADLİĞİ OLMAYA DAHA BUDAN BÖYUK FACİƏ VAR AZƏRBAYCANDA.MƏN ELƏ BİLİRDİM DEMOKRATİK ÖLKƏDƏ YAŞAYİRAM .MUR-AY MMC-DƏN EV ALDİM POLİSİN QADİN QOCA DÖYMƏSİNİN JURNALİSTİN ƏLİNDƏN KAMERA ALİB ÇƏKİLƏNİ SİLMƏSİNİN PREZİDENT APARATİ YANİNDA BU HADİSƏLƏRİN BAŞ VERMƏSİNİ GÖRDUM 1 İLDƏN ÇOXDUR DÖVLƏT İŞƏ BAXMİR BAX ONDA BİLDİM HƏR ŞEY YALAN İMİŞ.BAX BUDUR FACİƏ.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button