Bəxtiyar Vəhabzadənin oğlundan təzə xəbər

Mərhum xalq şairinin oğlu barədə yazılanlar təsdiqləndi

 Baş prokuror Zakir Qaralovun sentyabrın 20-də imzaladığı əmrlə Abşeron rayon prokuroru vəzifəsini icra edən Azər Vahabzadənin iş yeri dəyişdirilib. O, Qobustan rayon prokuroru vəzifəsinə təyin edilib.

Bu təyinatla bağlı bu günlərdə “Yeni Müsavat” qəzeti yazıb ki, A.Vahabzadə Abşerondan Qobustana göndərilməsinə açıq formada etiraz edib.

“Azər Vahabzadə təqaüdə çıxması üçün çox az müddətə qaldığını əsas gətirərək əmrin geri oxunmasını tələb edib. Prokurorluğun rəhbərliyi isə bundan imtina edib. Xeyli mübahisədən sonra o, ərizəsini yazaraq Kadrlar İdarəsinə təqdim edərək çıxıb gedib”- deyə qəzet yazıb. Modern.az saytı da bu məsələ ilə bağlı araşdırma aparıb. Əməkdaşımız A.Vahabzadənin özü ilə əlaqə saxlaya bilməsə də, onun çox yaxınları ilə təmas qura bilib. Və onlar yayılan xəbəri təsdiqləyiblər. Saytımıza bildirilib ki, sözügedən təyinatdan sonra Azər Vahabzadə bir dəfə də olsun işə çıxmayıb, evində oturur.

“Ərizəsini yazaraq prokurorluq orqanlarından gedib”- deyə A.Vahabzadənin yaxınlarından biri saytımıza bildirib.

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button