“Bəzi nazirliklərdə təmirə 10 milyon xərclənir”

Fazil Mustafa: “10 milyon manata 3 kənd salmaq mümkündür”

Parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Fazil Mustafa bir çox dövlət qurumlarının israfçılığa yol verdiyini deyib. Bizimyiol.info-nun xəbərinə görə o deyib ki, bəzi nazirliklərdə təmirə 10 milyon xərclənir. “Bu məbləğə 3 kənd salmaq mümkündür. Halbuki həmin vəsaiti qaçqın və məcburi köçkünlərin mənzillə təmin olunmasına yönəltmək olar. Hələ də vətəndaşlara məxsus evlərdə məcburi köçkünlər yaşayır. Vətəndaşlar isə istifadə edə bilmədikləri mənzilə görə vergi ödəyirlər. Hətta hərbçilərə məxsus evlərdə də məskunlaşan köçkünlər var. Biz müharibə şəraitində yaşayan xalqıq, bu, necə ola bilər? Bu problemini birdəfəlik həll etmək lazımdır”. Deputat müəllimlərin maaşının artırılmasının vacibliyini də qeryd edib: “Aşağı maaşla müəllimdən hansı yüksək nəticəni gözləmək olar?”
Azərbaycanda südün qiymətinin benzindən baha olduğunu deyən deputat vurğulayıb ki, benzin 90 qəpik, südün qiyməti 1 manat 50 qəpikdən bahadır. O qeyd dib ki, ahzırkı gəlir səviyyəsi ilə valideynlər uşaqlara lazımi qədər süd alıb verə builmirlər. “Kənd təsərrüfatının inkişafı ilə bağlı iş görülən zaman bu məsələyə də diqqət yetirilməlidir” – deputat bildirib.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button