Bəzi sahələrdə vaksinasiya icbaridir

Şahmar Mövsümov, bəzi sahələrdə vaksinasiya icbari olduğunu bildirib. “Azərbaycanda pandemiya ilə mübarizə davam edir.

Ölkəmizdə maliyyə və digər tərəfdən nə mümkündürsə, hamısı edilib”. Onun sözlərinə görə, Azərbaycanda xəstəxanalarda 10 mindən çox yatağımız var: “Hər şey öz əlimizdədir. Hamımız vaksinasiyadan keçməliyik. Bundan sonra isə pandemiyaya son qoyulacaq. Kim COVID-19 pasportu əldə edibsə, onun üçün hər hansı bir məhdudiyyət yoxdur”.

Ş.Mövsümov həmçinin deyib ki, Azərbaycanda vaksinasiyanın icbari olması ilə bağlı hər hansı bir tələb nəzərdə tutulmayıb: “Ancaq bir çox sahələr var ki, orada vaksinasiya icbaridir. Məsələn, həkimlərin qırmızı zonada olmasına görə orada icbarilik var”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button