Babək Həsənovun ailəsi: “Bizə qarşı ayrıseçkilik edilir”

AXCP-nin həbsdə olan funksionerlərindən Babək Həsənovun bu il Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinə qəbul olunan oğlu Əhəd Həsənovun ali təhsil almasına əngəllər yaradıldığı bildirilir.

Bu barədə məlumat verən Ə.Həsənovun anası İlahə Həsənova bildirib ki, B.Həsənov Qarabağ müharibəsinin iştirakçısı və 2-ci qrup əlil olduğuna görə oğlu ödənişli əsaslarla universitetə qəbul olunsa da, təhsilini pulsuz almalıdır: «Lakin BDU-da bizdən çoxlu sənəd istədilər. Universitetin hüquqşünası dedi ki, əlillik barədə arayışı, veteran vəsiqəsini və hərbi komissarlıqdan məhz BDU üçün verilən kağızı gətirmək lazımdır».

Veteran vəsiqəsinin 2017-ci ildə axtarış zamanı yoxa çıxdığını bildirən İ.Həsənova qeyd edib ki, B.Həsənovun 2012-ci ildə verilmiş əlillik haqqında müddətsiz arayışı var, lakin onu universitetdə qəbul etməkdən imtina ediblər: «Universitetin hüquqşünası bizə deyib ki, 2015-ci ildə əlillik barədə arayışın forması dəyişib və arayış məhz bu formada təqdim edilməlidir. Mənim «Babək bəy həbsdə olduğuna görə arayışı və hərbi komissarlıqdan kağızı gətirə bilmərik, ona 2012-ci ildə verilən arayış müddətsizdir» sözlərim qəbul olunmadı. Ona görə məcbur olub birillik təhsil haqqını ödədik. Bizə qarşı ayrı-seçkilik edilir».

İ.Həsənova əlavə edib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button