Badamdarda yeni uçqunlar

Badamdar qəsəbəsindəki sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, mütəxəssislər tərəfindən keçirilmiş monitorinqlər göstərir ki, sürüşmə zonası sahələrindən birində avtomobil yoluna tərəf yönələn torpaq kütləsinin artımı müşahidə olunur. Yağışlar nəticəsində kiçik sahədə torpaq uçqunları da qeydə alınıb.

Bununla belə, sürüşmə zonasının yuxarı hissəsində yerləşən həyət evlərində qurulmuş mayaklarda dəyişikliklər müşahidə olunmayıb.

Xatırladaq ki, bir gün əvvəl Badamdardakı sürüşmə zonasında qayanın böyük bir parçası qopub və enişlə aşağı hərəkət etməyə başlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button