Bağışla, şəhid qardaşım!

serdar1Bir neçə gün öncə el qəhramanı Sərdar Məcid oğlunu da uğrunda canını-qanını verdiyi torpağa gömüb, ŞƏHİDLƏR ÖLMƏZ,VƏTƏN BÖLÜNMƏZ dedik.

Qarabağ savaşı veteranı Mehdi bəy (keçmiş Bələdiyyə Polisinin ilk və son başçısı) Sərdar bəyin döyüş xəttindən 100 metrlik arada olan evini göstərib, bir gün də olsa ailəsini oradan çıxarmadığını vurğuladı. Kolanı Məcidin uşaqları elini-obasını, evini qoruyub saxladı. Gerçək budur. Tərtər yeganə bölgəmizdir ki,nəinki bir qarış torpağını düşməndə qoyub,əksinə düşmənin özününküləşdirdiyi 5 kəndi də geri alıb.

serdarHamısı Kolanı Məcidin uşaqlarının igidliyi sayəsində. Elini-obasını evi-ocağı qədər,daha artıq sevmələrinə görə. Tabur komandiri Sərdar Həmidov öndə döyüşənlərin arxa cəbhədəki problemlərini də unutmurdu. Qubalı balası Eyvazın döyüşdə olanda Bakıdakı evini qaçqın-köçkün adına zəbt ediblərmiş. Sərdar bəy o çağkı icra başçısını telefonda yaxşıca “ödülləndirəndən” sonra problem çözülüb.

Sərdar bəy dünyasını dəyişəndə bütün Tərtər el igidinə sayğı duruşunda dayanmışdı.”Gəzəri şəhid” İsgəndər bəy başsağlığına gələnlərə “Başınız sağ olsun,Sərdar evdən yox,eldən-sizdən getdi” deyə toxtaqlıq verirdi. Elə bilirsiz şişirdirəm? Şəxsən mənə belə dedi: YAS SƏNİNDİR,QARDAŞIM!

Şəhriyar Sərdar oğlunun  el igidinin evinin xaincəsinə yağmalanmasını bildirməsi ürəkləri dağlayır. Tanrının, ULU PEYĞƏMBƏRİMİZİN ağuşundan – ŞƏHİDLİK ZİRVƏSİNDƏN  boylanan Sərdar Məcid oğlu evi üçün yox,eli üçün vuruşub.Şəhid qardaşım,evindən sorağın varmı?

DEFN serdar8

Bağışla bizi, sən bizi qorudun, biz səni, evini qoruya bilmədik.

Bağışla, evinə xor baxan xain gözləri.

Bağışla,gözümüzdən çıxmayan iki damla yaşın yerinə.

Bağışla, bizim yaralı-qəlpəli ürəklərimizə, qoltuq ağacına söykənən igidlərimizin kədərli gözlərinə.

Sənin əlin-gözün elin, torpağın üstündə, TORPAQ da SƏNİN GÖZÜNÜN ÜSTÜNDƏ.

Bağışla,şəhid qardaşım!

MƏĞRUR BƏDƏLSOY

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button