Bakcell “Cümhuriyyət hədiyyəsi” adı ilə oğurluq edir

Bakcell şirkəti abunəçilərinin cibinə girməkdə davam edir.

24saat.org xəbər verir ki, Bakcell ötən ayın əvvəlində Cümhuriyyətin 100 illiyi münasibətilə abunəçilərinə 5 GB internet hədiyyə etdiyi barədə müştərilərinə sms göndərib. Ancaq bu “hədiyyə” abunəçilərə hələlik 10 AZN-ə başa gəlir. Belə ki, Bakcell-in ötən ay “hədiyyə” verdiyi 5 GB-lik internet paketi hər ay avtomatik yenilənir və abunəçilərin balansından dərhal 10 AZN silinir.
Bunu Bakcell müştəri xidmətlərindən də təsdiqləyiblər. Xidmətin əməkdaşı bildirib ki, “hədiyyə” paket dayandırılmasa, hər ay balansdan 10 AZN silinməyə davam edəcək.

Bakcell abunəçisi Rəşad Əliyev isə bildirir ki, ötən gün sözügedən internet paketini ləğv etmək üçün verilmiş kodu “*444#0#YES” yığdıqdan sonra ona sürətin ləğv edildiyi barədə SMS gəlib. Buna baxmayaraq, bu gün – iyunun 4-də internet paketinin yenilındiyi və balansdan 10 AZN çıxıldığı barədə bildiriş alıb.
Sosial şəbəkələrdə yazılan satuslardan məlum olur ki, küləviləşmiş oğurluq halı abonentlərin ciddi narazılığına səbəb olub.
Mövzunu araşdırmağa davam edəcəyik.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button