Bakcell-in Baş icraçı direktoru Milli Kitab Mükafatının qalibləri ilə görüşüb

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti ilin ən əhəmiyyətli mədəniyyət hadisəsi sayılan Milli Kitab Mükafatına (MKM) dəstək göstərməkdən qürur duyur. Ötən həftə – iyun ayının 4-də layihənin qaliblərinin adları acıqlanıb. Pərviz Cəbrayılov 1-ci, Məqsəd Nur 2-ci, Nəriman Əbdürrəhmanlı və Natiq Rəsulzadə isə 3-cü yerin qalibləri olublar. Kamran Nəzirli isə Amerika ədəbiyyatı nümunəsinin ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsinə görə qalib elan edilib. Birinci yerin sahibinə 3000 AZN, 2-ci yerin sahibinə 2000 AZN, 3-cü yerin sahiblərinin hər birinə 1000 AZN məbləğində pul mükafatı verilib. ABŞ-ın Azərbaycandakı Səfirliyi Kamran Nəzirliyə ən yaxşı ədəbi tərcüməyə görə 1000 manat mükafat təqdim edib.

Bakcell-in Baş ofisində qaliblərlə görüş zamanı Bakcell-in Baş icraçı direktoru cənab Riçard Şirer onları bu uğur münasibətilə təbrik edərək, Azərbaycan ədəbiyyatına tövhə olacaq yeni-yeni əsərlərin yazılmasında müvəffəqiyyətlər arzulayıb: “Bakcell Azərbaycan şirkəti olaraq Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına dəstək göstərməyi Korporativ Sosial Məsuliyyət proqramının vacib missiyası hesab edir. Milli Kitab Mükafatı bu sahədə ən vacib təşəbbüslərdən biridir və biz bu layihəni dəstəkləməkdən olduqca məmnunuq”.

MKM-ni təsisçisi Nigar Köçərli belə bir əhəmiyyətli mədəniyyət layihəsinə göstərdiyi dəstəyə görə Bakcell şirkətinə minnətdarlığını bildirərək bunları deyib: “Mükafatın məqsədi ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına yönəltmək, müasir ədəbiyyatımızın və oxu mədəniyyətimizin sosial dəyərini daha da artırmaq, eləcə də istedadlı yazıçıların əsərlərini təbliğ etməklə ədəbiyyatımızı zənginləşdirilməkdir. Mən Bakcell-in Korporativ Sosial Məsuliyyət komandasına layihənin həyata keçirilməsi müddətində sıx əməkdaşlığa görə xüsusi təşəkkürümü bildirmək istərdim. Biz bir komanda kimi işlədik və deyərdim ki, bütün hədəflərimizə tam nail olduq”.

Qeyd edək ki, Milli Kitab Mükafatı qaliblərinin əsərləri Bakcell-in dəstəyi ilə həm kağız, həm də elektron kitab formatında çap ediləcək və Azərbaycan oxucularına, eləcə də ölkədən kənarda yaşayan soydaşlarımıza təqdim ediləcək. “Bakcell Azərbaycan ədəbiyyatının inkişafına dəstək göstərməkdə davam edəcək və biz əmin olmaq istəyirik ki, Azərbaycan yazıçılarının əsərlərini xaricdə yaşayan Azərbaycandilli oxucular da daxil olmaqla hamı əldə edə bilsin. Bu gün internet vasitəsilə təhsilin geniş vüsət aldığı bir dövrdə elektron kitablara tələbat artmaqda davam edir. İndi Azərbaycan dilində çox az sayda kitabları elektron formatda əldə etmək olar. Bunu nəzərə alaraq, Azərbaycan ədəbiyyatının rəqəmsal infrastrukturunun təbliğatına dəstək göstərmək bizim növbəti KSM hədəflərimizdən biri olacaq. Böyük məmnuniyyətlə nəzərinizə çatdırmaq istəyirəm ki, “Əli və Nino” Nəşriyyat Evi və Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq Milli Elektron Kitab Mükafatını təsis edəcək” -, deyə Riçard Şirer əlavə edib.

Milli Kitab Mükafatı haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik layihənin www.mkm.az internet səhifəsinə daxil olun.

Bakcell və digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button