“”Bakı-2015″ brendi artıq Avropanın idman markasına çevrilib”

Bakı-2015″ brendi artıq Avropanın idman markasına çevrilib.

Strateq.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu Sports.ru portalında dərc olunan yazıda qeyd olunur.

Bildirilir ki, köhnə qitənin tarixində ilk dəfə belə yarışların keçirilməsi və Bakının bu Oyunlara yüksək səviyyədə ev sahiblik etməsi beynəlxalq idman ictimaiyyətinin və kommersiya dairələrinin Avropa Oyunlarına marağını daha da artırıb:

“Nəinki Avropa, eləcə də dünya ərazisində 120-dən artıq ölkədə canlı yayımlanan bu innovativ multi-idman turnirinin kommersiya uğurları da var. Oyunların beynəlxalq yayım müqavilələrinin dəyəri milyonlarla dollar məbləğində ölçülür”.

Məqalədə deyilir ki, yarışlara bilet satışında da heç bir problem yoxdur:

“Rəsmi məlumata görə, 400 mindən çox bilet satılıb. Bağlanış mərasiminə isə bütün biletlər alınıb. Digər bir maraqlı məqam isə Avropa Oyunlarının rəsmi dükanlarında “Bakı-2015” məhsullarına böyük marağın olmasıdır. Yarışların sadəcə 3 günü arxada qalsa da, 400 min dollarlıq “Bakı-2015″ atributları və müxtəlif aksesuarları satılıb. Avropa Oyunlarının rəsmi dükanlarının birinin satış menecerinə istinadən qeyd olunur ki, ən çox satılan Azərbaycan bayrağıdır. Təkcə bir gün ərzində 1000-ə yaxın bayraq satılıb”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button