Bakı Avrasiya Universitetində “Məzun günü” keçirilib

Xural.com Baki Avrasiya Universiteti-nin facebook səhifəsinə istinadən xəbər verir ki, Universitetdə keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Universitetin rektoru, professor Nazim Hüseynli çıxış edərək bu əlamətdar gün münasibətilə məzunları təbrik edib və onlara uğurlar arzulayıb. Nazim Hüseynli qeyd edib ki, yeni həyata addımlayarkən BAAU-da aldıqları təhsil, əldə etdikləri təcrübə onların yoluna işıq salacaq. Çıxışında uzaq regionlarımızdan öz övladlarının şad günündə iştirak etməyə gələn valideynlərə gözaydınlığı verən rektor universitetin valideynlərlə sız əməkdaşlıq etməsindən məmnunluğunu bildirib.

Tədbirdə iştirak edən millət vəkili Aydın Mirzəzadə və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev gənclərin bu sevincli günündə təbriklərini çatdıraraq ölkəmizin işıqlı gələcəyi naminə onların cəmiyyətin fəal üzvləri kimi daim inkişafa doğru irəliləyəcəklərinə əminliklərini ifadə ediblər.

Məzunlar bir ailəyə çevrildikləri Bakı Avrasiya Universitetinin adını hər zaman uca tutacaqlarını bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button