Bakı dairəvi yolunda dəhşətli yol qəzası

Dünən FHN əməkaşları tərəfindən avtomobildən çıxarılan Ramin Qasımovun bu gün toyu olmalı idi

 Dünən saat 15.30 radələrində Bakı Dairəvi yolunun Qaradağ rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakininin idarə etdiyi “Mercedes” markalı avtobobil yol kənarındalı dəmir hasara çırpılıb. Həmin vaxt avtobobildə sürücünün anası və qardaşı olub. Anası ciddi xəsarət almasa da, sürücünün özü və qardaşı 1987-ci il təvəllüdlü Ramin Qasımov ciddi xəsarət alıb. Hadisə yerində olan XuralTAC əməkdaşı bildirir ki, sürücünün özü ambulans vasitəsilə xəstəxanaya aparılsa da, qardaşı Ramin Qasımov əzilmiş avtomobildə sıxışaraq qalıb. Onu maşından çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu çağrılıb. FHN əməkdaşları avtomobili və zərbə nəticəsində maşının içərisinə daxil olan dəmir hasarı kəsərək çıxardıqdan sonra Ramin Bayramovu maşından çıxarmaq mümkün olub. Ramin Qasımov xüsusilə ayaqlarından çox ciddi xəsarətlər alıb. Yaralının fəryad edən anası bildirib ki, sabah Ramin Qasımovun toy mərasimi olmalı idi. Qeyd edək ki, maşında olan gəlinlik paltarı da qana bulaşmışdı.

Hadisə yerində olan Yol Patrul Xidmətinin əməkdaşı XuralTAC-ın müxbirinə bildirib ki, hadisənin başvermə səbəbləri hələlik tam məlum olmasa da, hadisəyə yağışlı hava nəticəsində sürüşkən yolun səbəb olduğu ehtimal edilir. Dəqiq səbəblər isə müvafiq ekspertizalar keçirildikdən sonra məlum olacaq.

Bundan başqa, Bakı Dairəvi Yolunun Yasamal rayon ərazisindən keçən hissəsində də analoji yol nəqliyyat hadisəsi baş verib. 57 AA 057 dövlət nömrə nişanlı son model “Mercedes” də yol kənarındakı dəmir hasara çırpılaraq əzilib. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Əlavə edək ki, Bakı Dairəvi yolunda avtomobillərin saatda120 kmhərəkət etməsinə icazə verilir. Bu isə dünənki kimi yağışlı havalarda ağır yol qəzalarının baş verməsinə səbəb olur.

 Nizami

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button