Bakı küçələrinin dezinfeksiyasına başlanılacaq

Bakı Şəhər İcra Hakimiyyəti, şənbə günü küçələrin dezinfeksiyası üzrə görüləcək işlərlə bağlı, paytaxt sakinlərinə müraciət edib.

Şəhər administrasiyasının məlumatında bildirilir ki, COVİD-19-a yoluxmuş şəxslərin sayının kəskin artması ilə əlaqədar, Bakıda vətəndaşların qorunması və virusun yayılmasının qarşısının alınması üçün, kompleks tədbirlər həyata keçirilir.

Bununla əlaqədar, Bakı Şəhər İcra Hakimiyyəti ümumşəhər dezinfeksiya həftəsi elan edib. Bu tədbirlər çərçivəsində, avqustun 14-də paytaxtın əsas küçələrində, praspektlərdə və yollarda, ətraf qəsəbələrdə, xüsusi kimyəvi vasitələrlə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Tətbiq olunan maddələrin “toksikliyini” nəzərə alaraq, şəhər rəhbərliyi, sakinləri şənbə günü zərurət olmasa, küçəyə çıxmamağa çağırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button