Bakı Limanı

Bakı Dəniz Limanı

Bakı Limanı “Qədim Yollar – Yeni İmkanlar” mövzusunda Ümumdünya İşgüzar Forumunda iştirak edib

xural.com-a daxil olan informasiyaya görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC  17-18 fevral 2016-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş “Qədim Yollar – Yeni İmkanlar” mövzusunda Müstəqil Dövlətlər Birliyinin Ümumdünya İşgüzar Forumunda iştirak edib.

Forumun əsas məqsədi son dövrdə siyasi və iqtisadi cəhətdən əhəmiyyəti artmaqda olan, Mərkəzi Asiya və Ərəb Körfəzi vasitəsi ilə Avropa ilə Çini birləşdirən qədim İpək Yolunun bərpası, dəhliz boyu yerləşən ölkələrin iş imkanlarından yararlanması, yeni sinerjilərin əmələ gəlməsi ilə ümumdünya dəyər zəncirin mümkün dəyişilməsi və bunun fonunda ölkələrin rolu, o cümlədən Azərbaycanın regionda aparıcı nəqliyyat və yükdaşıma mərkəzinə çevrilməsi imkanlarının müzakirə edilməsi olub.

Forum çərçivəsində Bakı Limanının Baş Direktoru Taleh Ziyadov “Tədarük Zəncirinin Dəyişdirilməsi- İpək Yolunun Əhəmiyyəti” adlı paneldə məruzə ilə çıxış etmiş, Limanın imkanları, əldə olunan nəticələr, Limanın gələcək perspektivləri və planları barədə geniş məlumat verib.

Forumda 1həmçinin MDB ölkələrinin iqtisadiyyatının reallığa uyğunlaşdırılması, ölkələrin qeyri-neft sektorlarının inkişaf etdirilməsi məqsədilə mövcud imkanlardan istifadə olunması,  qədim tranzit yollarının, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin gücləndirilməsi, neft dövründən sonrakı inkişaf prioritetləri, təchizat zəncirinin transformasiyasına İpək  Yolunun təsiri, həmçinin bu istiqamətdə MDB ölkələrinin imkanlarının gücləndirilməsi  və digər mövzularda müxtəlif panellər çərçivəsində müzakirələr aparılıb.

Qeyd edək ki, Forumda bır sıra böyük şirkət və təşkilatlarının rəhbərləri, iştirakçı dövlətlərin ayrı-ayrı sahələr üzrə rəsmi şəxsləri, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin yüksək səviyyəli rəsmiləri də daxil olmaqla 500-ə qədər iştirakçı təmsil olunub.

Ümumiyyətlə, son illər Bakı Limanının beynəlxalq standartlara cavab verən logistika və tranzit mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görülür. Belə ki, Anverpen, Aktau, Batumi və digər qabaqcıl limanlarla qarşılıqlı əməkdaşlıq haqqında Memorandumlar imzalanıb, Dubay ve Sinqapur limanlarının təcrübələri yaxından öyrənilib. Bakı Limanı Avropa İttifaqı, USAİD, UNDP, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və digər bu kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif layihələrin icrası istiqamətində addımlar atır və beynəlxalq tədbirlərdə iştirak edir.

Liman 2010-cu ildən etibarən Beynəlxalq Limanlar Assosiasiyasının üzvüdür.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button