Bakı metrosunda insident

40 dəqiqə tuneldə qalmış qatarı başqa qatarın köməyi ilə dartıb çıxartdılar

 Dünən saat 18 radələrində Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, saat 18:00-da «Sahil» stansiyasından tərpənən qatar “28 May” istiqamətində hərəkətini dayandırıb.

Təxminən 40 dəqiqə tuneldə hərəkətsiz qalan qatardakı sərnişinlərə anons verilib ki, texniki nasazlıq baş verib və qatarın hərəkəti tezliklə bərpa olunacaq.

Bakı Metropolitenin baş mühəndisi Elbrus Muradov da insidentin baş verməsi xəbərini təsdiqlədi. Onun sözlərinə görə, həmin qatarda texniki nasazlıq baş verib və tuneldə ilişib: “Biz ora başqa bir qoşquqatargöndərmişik ki, hərəkətsiz vaqonları tərpətsin. Tezliklə problem aradan qalxacaq”.

Son məlumata görə, tuneldə qalanqatarqoşqu qatarı vasitəsilə tuneldən çıxarılıb.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button