Bakı polisi: “Bir ay maşın sürməyin”

Avropa Oyunları ilə əlaqədar Bakı nömrəsi olmayan avtomobillərin paytaxta buraxılmaması sürücülərdə suallar yaradır.

Ucar sakini olan Elvin adlı oxucu bildirib ki, özü rayon qeydiyyatında olsa da, avtomobili Bakı nömrəsidir. Bakıya öz maşını ilə gələrsə, hansısa problemlə üzləşə bilərmi?

xural.com  milli.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov  bildirdi ki, iyunun 1-dən etibarən DYP-nin Bakı nömrəsi olmayan avtomobillərin paytaxta buraxılmasına məhdudiyyəti var. Bunun sürücülər müxtəlif cür yozurlar.
Bölmə rəisinin sözlərinə görə, Avropa Oyunları ilə əlaqədar bütün sürücülərə şəxsi avtomobillərindən istifadə etməmək tövsiyə olunur:
“İstər Bakı nömrəsi olan, istərsə də rayon, maşını Bakı, özü rayon qeydiyyatında olanlar, fərq etməz, maşından istifadə etməsinlər. Dövlət vətəndaşlarının avtomobil sahibi olması üçün hər şəraiti yaradıb, bir ay dövlətin tədbiri üçün maşından imtina etmək olar. Bir ay şəxsi maşınlardan imtina edin”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button