Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi zərərçəkən maşınları “görmədi”

mmm19.06.2013

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) cərimə meydançasında yanğın baş verib

 Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə BŞDYPİ-nin Nizami rayonunda yerləşən cərimə meydançasında qeydə alınıb. Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. İlkin məlumata görə, 30-dan çox avtomobil yanaraq yararsız hala düşüb.

Cərimə meydançasında baş verən yanğın nəticəsində 1000 kvadratmetr ərazidə quru ot, 40-a yaxın avtomobil yanıb.

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib. Yanğının söndürülməsi üçün əraziyə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

 Yanan avtomobillərin bəziləri qəza uğramış, digərləri isə saz vəziyyətdə olub.

1362214257_Kamran EliyevDaxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də təsdiqləyib ki, yanğına səbəb cərimə meydançasının kənarından keçən elektrik naqillərinin güclü külək nəticəsində cərimə meydançasındakı avtomobillərin üzərinə düşməsi olub.

Əliyev qeyd edib ki, xəsarət alan avtomobillər 5-10 ildir cərimə meydançasında qalan, istifadəyə yararsız avtomobillər olub: “Onlar qəzaya uğramış, əzilmiş avtomobillərdir. Sahiblərinə dəfələrlə xəbərdarlıq edilsə də, onlar avtomobillərini cərimə meydançasından aparmayıblar”.

Şöbə rəisi onu da deyib ki, cərimə meydançasından kənarda dayanan cəmi bir yeni avtomobilə zərər dəyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button