Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşına qarşı sensasion ittihamlar

Direktor: “Zəminə Əliqızı zəng edərək, 500 manat istədi, səhəri gün jurnalistlər zəng edərək barəmdə məlumat olduğunu dedilər”

Bakı Ağır Cinayətlər Məhkəməsində amerikapress.com saytının rüşvət almaqda təqsirləndirilən rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Novruz Kərimovun sədrlik ediyi kollegiyanın icraaatındadır.
Prosesdə Bakı Şəhər Təhsil İdarəsinin İnformasiya Təminatı Sektorunun baş mütəxəssisi Zəminə Əliqızı (Əsədova) şahid qismində dindirilib.

Hakim bildirib ki, Z.Əsədova təqsirləndirilən şəxs Rauf Sultanovun vəsatəti və iş üzrə şahid – 187 saylı məkəbin direktoru Nailə Məmmədovanın təklifi əsasında dindirilir.

Z.Əliqızı bildirib ki, təqsrləndirilən şəxsi tanımır, Nailə Məmmədovanı isə işi ilə əlaqədar tanıyır. “Novruz bayramından sonra tətildən qayıdanda BŞTİ-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, saytda gedən bir yazıda sənin də adını çəkiblər. Məni yazıda idarənin mətbuat xidməti kimi təqdim emişdilər. Ancaq mən 2013-cü ildən sonra başqa vəzifədə işləyirəm”.

Təqsirləndirilən Rauf Sultanov bildirib ki, Zəminə Əliqızını üzdən tanımır. “Mənə zəng edərək, özünü Zəminə kimi təqdim edən xanım 187 saylı məktəbdə korrupsiya faktları olması barədə məlumat verərək saytda yazmağımı istədi. Mənim Nailə xanımla münasibətim pis olmayıb, onun barəsində şantaj xarakterli məlumalar deyil, barəsində yazılan mənfi məlumaların təkzibini yazmışam. Həmin məqalələri mətbuatda yer almasını isə Zəminə xanım təşkil edib.Həmin məlumatlar eyni emaildən saytlara Zəminə tərəfindən göndərilirdi”.
Z.Əliqızı deyilənləri təkzib edib.

Təqsirləndirilən  suala cavab olaraq bildirib ki, Zəminə Əliqızı istintaq təcridxanasına onunla görüşə gəlsə də, görüş verilməyib: Nəzarətçi dedi ki, Zəminə adlı xanım səninlə görüşə gəlib. Ancaq mənə ailə üzvlərimdən başqa heç kimlə görüş vermirlər.

Məktəb direktoru Nailə Məmmədova bildirib ki, Zəminə Əliqızı ona zəng edərək 500 manat borca pul istəyib: “Mən də dedim ki, bu gün verə bilməyəcəm, məktəbdə deyiləm. O da dedi ki, mənə pul indiyə lazımdır. Sonra mənə məkəbə zəng edərək dedi ki, utanmırsan məktəbdə ola-ola deyirsən yoxam. Mənə yalançı dedi. “Zavuç”larım da şahiddir ki, vəziyyətim pisləşdi. Bunun səhəri gün jurnalislər zəng etdi ki, sənin barəndə filan məlumatlar var. Mənim də dalağım sancmışdı. Rauf deyəndə ki, ona məlumatları Zəminə adlı xanım verib, bildim ki, odur” – deyə direktor bildirib.
Təqsirləndirilən Rauf Sultanov da onun dediklırini təsdiqləyib və vurğulayıb ki, Zəminə Əliqızının danışığını eşidəndən sonra zəng edənin o olduğuna əmindir: “telefondakı səs məhz bu səs idi”.

Zəminə Əliqızı deyilənləri təkzib emək isədikdə, R.Sultanov onu “dələduz” adlandırıb: “Sən məni 20 nömrəli məktəb məsələsində də, tibb kolleci məsələsində də zibilə salacaqdın. Hər şeyi təşkil edən sənsən”.
Hakim Z.Əliqızıdan pul istəməsindən sonra jurnalistlərin diektora zəng eməsinə izah gəirməsini isədikdə, o, belə halın baş vermədiyini bildirib. Direkor isə şahidləriin olduğunu vurğulayıb.
Proses sentyabrın 24-də davam edəcək.

Rauf Sultanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində yaşadığı evdə rüşvət alarkən yaxalanıb. O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirləndirilir.

İttihama münasibət bildirən Rauf Sultanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Sonra 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova şahid qismində ifadə verib. O bildirib ki, 2017-ci ilin avqustundan jurnalistlət ona zəng etməyə başlayıb, məktəblə bağlı suallar verib.

Nailə Məmmədova bildirib ki, onun barəsində internetdə xoşagəlməz yazılar dərc olunub: “Sonra mənə zəng etdilər, amerkalı jurnalistlər olduğunu dedilər. Məndən 5 min manat istədilər”.Bundan sonar director Korrupsiyaya qarşı Mübarizəİdarəsinə müraciət verib.

Rauf Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilnib. O, azadlığa çıxandan sonra Amerkapress.com saytını yaradıb və həmin sayta rəhbərlik edib. Sayt rəhbəri olandan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button