Bakı və Yerevandan atəşkəsin pozulması ilə bağlı fərqli mövqe

Yayımlandı: 13 Aprel 2024 11:30


Azərbaycan atəşkəsin pozulduğunu deyir, Ermənistan təkzib edir

Azərbaycan Müdafiə Nazirliyi aprelin 13-də Ermənistan ordusunun Tovuz rayonu istiqamətində atəşkəsi pozduğu barədə məlumat yayıb.

Nazirlik bildirir ki, saat 08:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi atəşə tutub:

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.

Ancaq Ermənistan Müdafiə Nazirliyi məlumatın doğru olmadığını bildirir:

“Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı reallığa uyğun gəlmir”.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button