Bakıda ətin qiyməti 10 manata çıxdı

Paytaxt mağazalarında ət 10 manata qədər bahalaşıb

 İki ayda cüzi mövsümi defilyasiya olub. İndi o başa çatıb və qiymətlər qalxır.

İqtisadi Tədqiqatlar Mərkəzi bu ilin avqustunda istehlak qiymətlərində apardığı statistik müşahidələrin alternativ nəticələrini açıqlayıb.

Bu risklərin nisbi həcminin beynəlxalq sistemindən (VAR) hesablanmış obyektiv göstəricidir. Ucuzlaşmada nar liderdir (1 ay əvvəl üzüm ucuz idi) – onun kilosu sentyabrda avqustdakından 28,45% ucuz olub. Balqabaq 13,64%, təzə kartof 13,46% ucuzlaşıb. Ötən il ucuzlaşma daha sürətli və radikal idi.

Daha çox mallarda isə mühüm, o cümlədən mövsümi bahalaşma var. Bu, xarici dil kursları (+8,34%), toyuq yumurtası (+7,95%), sümüklü qoyun əti (+4,94%) və başqalarıdır.

Yeri gəlmişkən, paytaxt mağazalarında ətin kilosu 10 manat psixoloji həddinə çatıb.

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button