Rubrikalar: GÜNDƏM XuralTAC

Bakıda 14 yaşlı Mədinə itib, axtarışlar nəticə vermir

Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86-da yaşayan 14 yaşlı Məmmədova Mədinə Camal qızı bu gün səhər saatlarından itib.

Bu barədə afn.az saytına Mədinənin əmisi Məmmədov Təzəxan məlumat verib. Onun sözlərinə görə, qardaşının bir oğlu, bir qızı var və onlar anaları ilə qeyd edilən ünvanda yaşayırlar: “Qardaşım özü Rusiyada yaşayır. Bu gün səhər anası işə gedib, qardaşı yatırmış, durub görüb bacısı yoxdur. Qardaşım qızı telefon işlətmirdi, heç bir sosial şəbəkədən istifadə etmirdi. Çox müəmmalı surətdə yoxa çıxıb Mədinə. 102-yə zəng edib məlumat verdik. Gəldilər izahat aldılar getdilər. Binanın sağında da solunda da TŞK (Təhlükəsiz Şəhər Kameraları) var. Baxırlar ya yox, bizə heç nə demirlər. Polis deyir ki, bir şey olsa deyəcəyik. Nə olacaq? Uşaq özü bölməyə gələcək? Mədinənin qardaşı deyir həyətdə təxminən 40 yaşlarında kimsə oturub bunları güdürmüş. Amma bizim heç kimdən şübhəmiz yoxdur”.

24-cü Polis Bölməsinin növbətçisi Zaur Məmmədov sayta bildirib ki, baş vermiş hadisə ilə bağlı ailənin ərizəsi qəbul edilib və hazırda axtarış əməliyyatları aparılır: “Bakı üzrə bütün aidiyyatı qurumlara məlumat verilib. Kameralara da baxılıb, baxış davam edir. Bir məlumat olan kimi ailəyə xəbər veriləcək”.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Ramiz Mehdiyevdən Adil Əliyev haqda sərt ittiham: “Müəmmalı keçmişini unudub…”

AMEA YAP ərazi təşkilatının üzvləri adından Akademiya YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanovanın Milli Məclisin deputatlarına müraciət…

23 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib, Tovuz şəhidinə görə başsağlığı verdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Xural.com Azərbaycan Prezidentinin Mətbuat…

23 Sentyabr 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • SİYASƏT
  • XuralTAC

İlham İsmayılla “Siyasət meydanı”nda: “Mütləq müharibə başlamalıyıq!”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 22 sentyabr 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

23 Sentyabr 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • SİYASƏT
  • XuralTAC

Pənah Hüseyn “Siyasət meydanı”nda: “Tovuz savaşı və “5-ci kolon””-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 22 sentyabr 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

22 Sentyabr 2020
  • GÜNDƏM
  • MÜSAHİB
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Millətdən qoparılan sərvətlər necə geri qaytarılacaq?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Mirmahmud Mirəlioğlu “Siyasət meydanı”nda: “Savaş yenidənmi başlayır – bizi kimlər idarə edir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
Xural.COM