Bakıda Avropa Film Festivalı

 Paytaxtımızda 6-10 oktyabr tarixlərində “Park Cinema” Avropa Film Festivalı (“European Movie Festival”) keçiriləcək. Festivalda 15 ölkədən olan filmlərin iştirak ecəcəyi gözlənilir. Avstriya, Almaniya, Belçika, Böyük Britaniya, Çexiya,  Fransa, Hollandiya, İtaliya, Polşa, Yunanıstan, Litva, Latviya kinematoqraflarının istehsal etdiyi filmlər şəhərimizdə nümayiş olunacaq.

Proqrama dəyişiklik edilməsə, festival polyak rejissoru Marek Leçkinin “Düzəliş” (“Erratum”) filmi ilə açılacaq. Bu film 2010-cu ildə Yunanıstanın Salonik şəhərində keçirilən beynəlxalq kinofestivalda “Ən yaxşı ssenari” nominasiyasında qalib olub.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button