Bakıda başına dəmir parçası düşən qadınlardan biri öldü

polis-olum

Dünən  Bakının Səbail rayonu,  Parlament prospekti 9 ünvanında aparılan tikinti zamanı bədbəxt hadisə baş verib.

Xural.com  apa.az-a istinadən xəbər verir ki, tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb.

Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə,  ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Əraziyə prokurorluq, o cümlədən Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsində aparılıb. Dəmir parçaları maddi sübut kimi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən götürülüb.

Tikintiyə məsul şəxslər Səbail Rayon Polis İdarəsinə aparılıb.

İdarədən verilən məlumata görə, aparılan araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button