Bakıda döyüş sursatı aşkarlandı

qumbaraDünən axşam Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatı aşkarlanıb. Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Məlum olub ki, bu istifadəyə yararlı 1 ədəd UZRQM markalı əl qumbarasının partladıcısıdır. Sursat aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər və digər növ şübhəli əşya aşkar etməyiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button