Bakıda dumanlı hava nə qədər davam edəcək?

“Bakıda müşahidə olunan qatı duman günorta saatlarından sonra nisbətən seyrələcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, günün ikinci yarısında cənub-qərb küləyinin sürəti 15-18 metrədək artacaq: “Buna görə də hazırda müşahidə olunan qatı dumanın tədricən seyrələcəyi gözlənilir”.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Görünüş 700, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət də 91 faiz civə sütunu olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button