Bakıda İran səfirliyi qarşısında aksiya olub

Sentyabrın 27-də fəallar Bakıda İran səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər

Sentyabrın 27-də fəallar Bakıda İran səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları “Qadınlardan əlini çək”, “Rədd olsun əxlaq gözətçiləri” sözləri yazılmış köynəklər geyiniblər.

Onlar əllərində tutduqları qara parçanı yandırmağa çalışıb, lakin polis əməkdaşları buna imkan verməyib.

Aksiya iştirakçılarının sözlərinə görə, İranda qadınlar öz azadlıqları uğrunda mübarizə aparırlar:

“Onların azadlıqlarını məhdudlaşdırmağa çalışırlar.”

Fəallar qeyd ediblər ki, İranda xanımlardan birini geyimi ilə bağlı əxlaq polisi saxlayıb və sonradan o vəfat edib.

Aksiya iştirakçıları vurğulayıblar ki, bu da etirazlara səbəb olub.

Aksiya insidentsiz başa çatıb, saxlanan olmayıb.

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Verilən məlumatlara görə, təqribən 10 gün əvvəl, sentyabrın 16-da İranda 22-yaşlı gənc Məhsa Amini soyadlı xanımı əxlaq polisinin saxlaması və daha sonra onun ölümü kütləvi etirazlara səbəb olub.

İranın bir çox əyalətlərini bürüyən etiraz aksiyalarında indiyə kimi onlarca şəxsin həlak olduğu bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button