Bakıda iranlı qadınlara dəstək: Xameneinin əmmaməsi yandırıldı

Yayımlandı: 27 Sentyabr 2022 22:50

Feminist fəallar Azad Qadın Heykəli önündə simvolik əmmamə yandırıblar. 

“Bu Xameneinin əmmaməsini simvolizə edir. Biz onu azad qadının ayaqları altında yandırmaqla iranlı qadınlara öz dəstəyimizi ifadə edirik. Səfirliyin qarşısında olmasa da, Azad Qadın Heykəlinin qarşısında… İrticanın əmmaməsi həmişə yanacaq və məhv olacaq!”

İranlı qadınlara dəstək olan aktivistlər İran Səfirliyi qarşısında da etiraz ediblər. Burada polis onların etiraz üsuluna mane olub. 

“Normal və sivil hökumətlər İran rejiminin bu qadınlar üzərindəki hakimiyyətini, onların azadlıqları uğrunda mübarizəsi zamanı öldürülməsini və s. pisləməlidirlər. Bu barədə bəyanatlar verməlidirlər. Dövlət rəsmiləri, ən azından qadın deputatlar… Çünkü onlar qadındırlar və daha həssas yanaşmalıdırlar. Təkcə qadın yox, eləcə də gender bərabərliyinin tərəfdarı olduğunu bəyan edən Azərbaycan hakimiyyəti də bunu etməli idi”- feminist aktivist Nərmin Şahmarzadə deyir.

11 gündür ki, İranda antihökumət etirazları davam edir. Etirazlar 22 yaşlı qadının ölümünə görə ölkə boyunca başlayıb. Məhsa Əmini hicab qaydalarını pozduğuna görə polisə aparılıb və orada həyatını itirib. Fəallar qadının əxlaq polisi tərəfindən döyülərək öldürüldüyünü deyir.

Rəsmi məlumata görə, etirazlarda həlak olanların sayı 41-dir. İnsan haqları fəalları isə bildirirlər ki, azı 76 nəfər ölüb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button