Bakıda marşrutların hərəkət cədvəli dəyişdirildi- Bayram tədbiri ilə bağlı

Bayram tədbirləri ilə bağlı olaraq bir sıra mərkəzi küçələrdə avtomobil sıxlığı müşahidə olunduğundan aşağıdakı istiqamətlərdə hərəkət edən bəzi marşrut avtobuslarımızın intervalında müvəqqəti ləngimələr yaranıb.

Bu barədə Trend-ə “BakuBus” MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu məqsədlə – Tbilisi prospekti – Şəhər istiqamətində, Akademik Şəfayət Mehtiyev küçəsi, Qara Qarayev prospekti – Özbəkistan küçəsi ilə kəsişmədən Koroğlu metroostansiyası istiqamətində, 28 may küçəsi – Puşkin küçəsi ilə kəsişmədən R.Behbudov küçəsi, A.Cəlilov küçəsi – F.Bayramov küçəsi, Bülbül prospekti – Xəqani küçəsi, Nobel prospekti – Süleyman Əhmədov küçəsi, Zərifə Əliyeva prospektində, Yusif Səfərov küçəsi – Cavanşir körpüsü istiqamətində hərəkət edən nəqliyyat vasitələri M.Mehtizadə küçəsinə yönləndirilir.

Qeyd olunan yollardakı avtomobil sıxlığı normallaşdıqdan sonra həmin istiqamətlərdə hərəkət edən avtobuslarımızın intervalı qrafikə uyğun olaraq təmin olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button