Bakıda mason sammiti-MÜƏMMA

Ötən həftənin şənbə günü dünyanın bir çox ölkələrindən masonlar Bakıya toplaşıblar. Virtualaz.org xəbər verir ki, məqsəd yerli mason təşkilatının-Azərbaycan Böyük Milli Lojasının Onuncu Assambleyasında iştirak etməkdir. Assambleya paytaxtın beşulduzlu otellərindən birində keçirilir. Bu mason lojasının 10 il əvvəl Rusiya Böyük Lojası tərəfindən yaradıldığı, Azərbaycanın bir sıra nüfuzlu şəxslərinin, iri biznesmenlərinin və o cümldən yüksək vəzifəli məmurlarının orada təmsil olunduğu bildirilir.

Lakin Bakıdakı mason sammiti ətrafında müəmmalı hadisələr baş verməkdədir. Belə ki, sammitə qatılmaq üçün gələn Rusiya masonlarının nümayəndə heyəti bu yubiley mərasimində nəyə görəsə iştirak etməyiblər.

Belə ki, Rusiya Böyük Lojasının Böyük magistri, prezidentliyə eks-namizəd, politoloq Andrey Boqdanov assambleyanın keçirildiyi saatlarında Bakı bulvarında gəzərkən görünüb. Vesti.az Boqdanovla əlaqə saxlayıb, amma o situasiyanı şərh etmək istəməyib. Bundan əvvəl Boqdanov yerli mətbuata açıqlamasında bildirmişdi ki, 10 ildir hər il bu vaxtlarda Bakıya gəlir. Çünki Azərbaycan Böyük Milli Lojasının Assambleyasında iştirak edir.

Məlumata görə Azərbaycan Böyük Milli Lojasının bütün rəhbərliyi ABŞ vətəndaşlığı daşıyan iranlılardan və türklərdən ibarətdir. 10 ildir yaradılsa da bu loja Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Mason ənənələrinə və qanunlarına görə Böyük Loja ancaq o ölkədə yaradılır və fəaliyyət göstərir ki, həmin ölkənin hakimiyyəti buna icazə versin. Məhz bu səbəbdən İngiltərə Böyük Lojası indiyə qədər Azərbaycan Böyük Milli Lojasını tanımır. İstisna deyil ki, Rusiya Böyük Lojası da Azərbaycan lojasını tanımaq barədə qərarına yenidən baxacaq.

Şayiələrə görə Azərbaycan Böyük Milli Lojası fətullahçı türklərin və ABŞ-da olan şah tərəfdarı iranlıların təsiri altına düşüb. Bu da Rusiya, Türkiyə və İranın maraqlarına uyğun deyil.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button