Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Təşkil olunan konsert saat 21.00-da başlayacaq.

Sabah, 28 May – Respublika Günü münasibətilə Bakıda bayram şənlikləri keçiriləcək.

Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, sabah Respublika Günü paytaxtda mükəmməl şəkildə qeyd ediləcək.

“Bakı Şəhər İcra Hakimiyyəti Sizi 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir”, – deyə Bakı meriyası sakinlərə müraciət edib.

Qeyd edək ki, sabah Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunacaq konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

oxu.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button