Bakıda neft mədənində oğurluğa cəhd olub

Bakıda neft mədənində oğurluğa cəhd olub

Səbail rayonu, 20-ci sahə yaşayış massivində neft mədənində oğurluğa cəhd olub. Mehdiyev Mehdi Sabir oğlu “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) mədən sahəsində 15 ədəd ştanqa və 10 ədəd diametri 73 mm olan metal boruları oğurlayıb “VAZ-2107” markalı nəqliyyat vasitəsinə yükləyərkən neft mədəni ərazilərində təhlükəsizliyi təmin edən mühafizəçilər tərəfindən yaxalanıb.

Daha sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə saxlanılan şəxsin mədən ərazisindəki evinə baxış keçirilib və orada 41 ədəd “ştanqa”, 1 ədəd quyu nasosu, 20 ədəd “ştanqa”nın doğranıb yığıldığı aşkar olunub.

Ələ keçirilən materiallar “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə, oğurluq edən şəxs isə polis əməkdaşlarına təhvil verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button