Rubrikalar: CƏMİYYƏT GÜNDƏM XuralTAC

Bakıda sənədsiz evlərə görə komissiyalar işləyir

Bakı şəhəri ərazisində sənədsiz evlərin siyahıya alınması ilə bağlı yaradılmış komissiyalar araşdırmalarını davam etdirirlər. Əvvəlcə paytaxtın rayonlarında sənədsiz evlər siyahıya alınır, növbəti mərhələdə isə bütün məlumatlar Bakı şəhəri İcra Hakimiyyətinə təqdim ediləcək.

Bu barədə virtualaz.org-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib. Onun sözlərinə görə, hər rayon üzrə nə qədər evin sənədsiz olması, həmin evlərin sənədləşdirilə bilmə imkanları araşdırılır: “Hazırda proses bitmədiyindən nə qədər evin sənədləşdiriləcəyini demək tezdir. Ancaq onu demək olar ki, sənədsiz evlər Bakının bütün rayonlarını əhatə edir və bütün rayonlar üzrə hər bir komissiya öz işini davam etdirir. Yüksək gərginlikli elektrik xətlərinin altında, kommunikasiya xətlərinin üstündə, neft kəmərləri zonasında, SOCAR-a aid ərazilərdə tikilən evlər var. Odur ki, suallar çoxdur. İşlər bitəndən sonra bu sualların cavabları tapılacaq”.

İ.Kərimov həmçinin bildirib ki, komissiyaların tərkibinə rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, FHN-in, hazırda İqtisadiyyat nazirliyinin tərkibinə daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin, SOCAR-ın, “Azəriqaz” İB-in,“Azərişıq” və “Azərsu” ASC-nin nümayəndələri daxildir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu il mayın 17-də Binəqədi rayonunda sakinlərlə görüşərkən Azərbaycanda bütün sənədsiz evlərin sənədləşdiriləcəyini demişdi. Onun sözlərinə görə, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq: “Bir neçə gün əvvəl cənab prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”,- E. Əzizov deyib.

Xatırladaq ki, artıq gələn ilin yanvar ayından “İcbari sığortalar haqqında” Qanunun daşınmaz əmlakla bağlı müddəaları cəza mexanizmləri ilə işə düşəcək. Öz əmlakını sığorta etdirməkdən yayınanlara qarşı qanunvericilik əsasında məsuliyyət tədbirləri tətbiq ediləcək, yəni daşınmaz əmlakını icbari sığorta etdirməyənlər cərimələnəcək. Nəzərə alsaq ki, qeyri-rəsmi statistikaya görə, Bakıda sənədləşmə aparılmadan tikilən 700 minə yaxın ev var. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxunun da “kupça”sı yoxdur. Həmin evlərə “kupça” verilsə, sığorta şirkətlərinin gəlirini yığıb yığışdırmaq mümkün olmayacaq.

Paylaş:

This post was last modified on 19 Noyabr 2019 2:11 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Sabiq Müdafiə naziri Rahim Qazıyev saxlanıldı

Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud…

13 İyul 2020
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Prezident İlham Əliyev: “Sərhəddə vəziyyət gərgin olaraq qalır”

Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Bu barədə prezident İlham Əliyev bazar ertəsi  Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan…

13 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Sərhəddin qərb hissəsində gərginlik, erməni postu məhv edilib-VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində gərginlik iyulun 13-də gecə də davam edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.…

13 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib. Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. O qeyd…

13 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycan Prezidenti: “Hərbçilərimizin qisası alınıb”

“Dünən Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev…

13 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik…

13 İyul 2020
Xural.COM