Bakıda şaxtalı hava ölümə səbəb oldu

243985
Qarlı-şaxtalı hava ölümə səbəb olub. Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.
Şəhər sakinlərinin anspress-ə verdiyi məlumata görə, şəxsiyyəti istintaqla hələlik müəyyən edilməyən 50-55 yaşlı Ziya Bünyadov prospektində yerüstü keçiddən keçmək istəyərkən yıxılıb. Qapalı kəllə-beyin travması alan kişi yerindəcə dünyasını dəyişib.
Nərimanov Rayon Prokurorluğundan faktı təsdiqləyərək bildiriblər ki, polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib. Ancaq ölən şəxsin üzərindən şəxsiyyətini təsdiq edən heç bir sənəd çıxmadığı üçün hələlik mərhümün şəxsiyyətini təsdiq etmək mümkün olmayıb.
Meyit tibbi müayinə üçün əraziyə cəlb edilən təcili tibbi yardım avtomobili ilə məhkəmə tibbi ekspertizasının Nərimanov rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button