Bakıda üzlük vurulan binaların mühafizəsi gücləndirildi

FHN novbe

Hazırda paytaxtda bütün üzlüklü binaların ətrafında FHN-nin yanğındanmühafizə maşınları növbə çəkirlər.

Bu addım poliuretan üzlüklü binalarda yanğın təhlükəsi ehtimalının qarşısını almaq məqsədilə atılıb. 

Qeyd edək ki, prezident bir gün əvvəl azadlıq prospektində yanan binanı ziyarət edəndən sonra keçirdiyi iclasda dərhal binalardan poliuretan üzlüklərin çıxarılması tapşırığını vermişdi.

Görünür, Bakı 2015 Avropa Oyunlarına sayılı gün qalmış bu addımı atmaq imkansız olduğu üçün hələlik binalar yanğınsöndürən maşınlarla mühafizə olunacaqlar. Olimpiya oyunlarından sonra isə məsələnin yenidən gündəmə gəlib-gəlməyəcəyi də sual doğurur.

Xatırladaq ki, poliuretan üzlüklər istehsal edən Global Construction şirkətinin rəhbəri hazırda həbsdədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button