Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xəsarət alıb

yanğın bina

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Sabunçu rayonunda yeddimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 38 kvadrat metr olan 2 otaqlı mənzilin 1 otağında divan, kreslo və televizor yanıb.

Yanğın zamanı iki nəfər xəsarət alıb. Yanğından mənzilin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button